http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Şəkərli diabet xəstələrinin üz tutduğu peşəkar həkim: onu siz də tanıyın - FOTO

25 Oktyabr 2023 , 10:52
Şəkərli diabet xəstələrinin üz tutduğu peşəkar həkim: onu siz də tanıyın - FOTO

Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən kifayət qədər insan var. Bu xəstəlik vaxtında müalicə olunmayanda, vaxtında profilaktiki tədbirlər görülməyəndə, çox ciddi fəsadlara yol aça bilir.

"Operativ Media" xəbər verir ki, bu vəziyyətlə qarşılaşmamaq üçün isə mütləq müayinələr və eyni zamanda peşəkar həkimlərə müraciət etmək olduqca vacibdir. Azərbaycanda bu sahədə peşəkar xidmət göstərən həkimlərdən biri də “Olimp Hospital”ın baş direktoru, yüksək ixtisaslı mütəxəssis, həkim-endokrinoloq Samir Şükürovdur.

Dr. Samir Şükürov şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri (zob), hipofiz vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri, endokrin sonsuzluq, osteoporoz (sümük əriməsi), endokrin hipertoniya (yüksək qan təzyiqi), menstrual tsikl pozğunluğu, boy qısalığı, artıq çəki kimi bütün növ endokrinoloji problemləri beynəlxalq protokollar əsasında yüksək səviyyədə müalicə edir.

Peşəkar endokrinoloq Samir Şükürov 2010-cu ildə Azərbaycan Tibb Universitetini, 2015-ci ildə isə Türkiyə Respublikasının Bezmialem Vakıf Universitetini bitirib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantıdır. S.Şükürov ixtisası üzrə Böyük Britaniya, İtaliya, İsveç, Almaniya, İspaniya da daxil olmaqla Avropanın 15-dən çox ölkəsində keçirilmiş beynəlxalq konfrans və təlimlərdə iştirak edib. Türkiyə Endokrinologiya və Metabolizm Dərnəyinin (TEMD) fəxri, Avropa Endokrinologiya Cəmiyyətinin (ESE) və Amerika Klinik Endokrinologiya Assosiasiyasının (AACE) həqiqi üzvüdür.

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
  • 10:02

    Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
  • 09:57

    Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
  • 09:51

    "Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir
  • 09:49

    Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Menyu