http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İran BMT-nin İnsan Haqları Şurasına reaksiya verib

25 Noyabr 2022 , 09:55
İran BMT-nin İnsan Haqları Şurasına reaksiya verib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının İranda insan haqları pozuntularını araşdırmaq üçün araşdırma qrupu təyin etmək təklifinin yekdilliklə təsdiqlənməsinə reaksiya verib.


"Operativ Media" xəbər verir ki, bu barədə xarici işlər naziri Abdullahiyan "Twitter" hesabında paylaşım edib.

Abdullahiyan paylaşımda ​​“Səddamın İran xalqına qarşı istifadə etdiyi kimyəvi silahların əsas tədarükçüsü olan Berlin rejimi və digər fürsət axtaranlar ədalətsiz və qeyri-insani sanksiyaları ilə illərdir insan haqlarını kobud şəkildə pozurlar. "deyib.

"İran xalqına qarşı daha çox insan hüquqlarına zidd hərəkətlər etmək üçün insan haqları mexanizmlərindən riyakarcasına sui-istifadə edildiyini” müdafiə edən Abdullahiyan bütün bunların “iranlılarla yalançı “həmrəylik” adı ilə edildiyini bildirib.

Abdullahiyan mesajını belə davam etdirib:

“Daha da utanc vericidir ki, onlar bunu öz dəyərsiz oyunları üçün edirlər. Bu ölkələr bilməlidir ki, qüdrətli İran insan haqlarına sadiqdir, lakin heç bir ölkənin onların daxili işlərinə qarışmasına imkan vermir”.

Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasında keçirilən xüsusi iclasda İranda sentyabrın 16-dan bəri davam edən etirazlara təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı hüquqların pozulması ilə bağlı iddialar müzakirə edilib.

Sessiyanın sonunda hüquqların pozulması ilə bağlı iddiaların araşdırılması üçün tədqiqat qrupunun təyin edilməsi haqqında qərar layihəsi Şuraya təqdim edilib və qərar 25 səs çoxluğu ilə qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib

Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

XƏBƏR LENTİ
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
  • 10:02

    Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
  • 09:57

    Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
  • 09:51

    "Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir
  • 09:49

    Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Menyu