http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Gürcüstan-Rusiya ticarət əlaqələrində artım var

25 Noyabr 2022 , 14:43
Gürcüstan-Rusiya ticarət əlaqələrində artım var

2022-ci ilin yanvar-oktyabr aylarında Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 50 faizdən çox artaraq 1,9 milyard dollara çatıb. Gürcüstandan Rusiyaya ixrac isə 10 faizdən çox artıb.

"Operativ Media" Gürcüstan KİV-ə istinadən bildirir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Gürcüstandan Rusiya Federasiyasına 72,4 min ton mineral və şirin su, 55,3 min ton təbii üzüm şərabı, 54,3 min ton ferroərinti, 9,2 min ton spirtli içkilər və s. göndərilib.

Rusiya Gürcüstan üçün ən böyük taxıl və un tədarükçüsü olaraq qalır. Statistik məlumatlara görə, cari ilin yanvar-oktyabr aylarında Rusiyadan Gürcüstana 145,4 min ton buğda unu, o cümlədən, təxminən 125 min ton buğda və zeytun idxal edilib.

Bundan başqa, Gürcüstana 504 min tona yaxın neft və neft məhsulları, 178 min ton təbii və səmt neft qazı, o cümlədən 92 min ton koks və yarımkoks və s. göndərilib.

2021-ci ildə ölkələr 1,6 milyard dollardan çox ticarət həyata keçirib ki, bu da 2020-ci illə müqayisədə 23,2 faiz çoxdur.

Bununla yanaşı, ötən il Gürcüstandan Rusiyaya ixrac 38,3 faiz, Rusiyadan Gürcüstana idxal isə 15,8 faiz artıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 09:40

    Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib
  • 09:33

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
  • 09:29

    Azərbaycan nefti bahalaşıb
  • 09:19

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
  • 09:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:05

    Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 08:35

    Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı
  • 08:31

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
Menyu