http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub

01 Dekabr 2023 , 10:57
Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Qazaxıstanın ölkəmizdəki səfiri Alin Bayel ilə görüşüb.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, görüşdə nazir Azərbaycan və qazax xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edərək ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayıb. Mədəniyyətin və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.

Səfir Alin Bayel iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Diplomat mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə, həmçinin dekabrın 2-5-də ölkəmizdə keçiriləcək Qazaxıstan mədəniyyəti günləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Arzu Əliyeva Vətən müharibəsindən bəhs edən bədii filmin çəkilişləri ilə maraqlanıb

Arzu Əliyeva Vətən müharibəsindən bəhs edən bədii filmin çəkilişləri ilə maraqlanıb

Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verilib

Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verilib

"Ən yaxşı komediya aktyoru” üzrə “Emmy” mükafatının sahibi bəlli oldu

"Ən yaxşı komediya aktyoru” üzrə “Emmy” mükafatının sahibi bəlli oldu

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu