http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda qızılcaya yoluxma halları artır - RƏSMİ AÇIQLAMA

01 Dekabr 2023 , 14:51
Azərbaycanda qızılcaya yoluxma halları artır - RƏSMİ AÇIQLAMA

Hazırda ölkədə qızılcaya yoluxma hallarında artım müşahidə edilir.

"Operativ Media" xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

O qeyd edib ki, son dövrlərdə yoluxma sayında artım bir çox ölkələrdə müşahidə edilir.

"Əsas səbəb kimi peyvənd təqvimi COVID-19 pandemiyası ilə üst-üstə düşən uşaqların peyvənddən kənarda qalması göstərilir. Virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvənddir. Peyvəndlənmə uşaqların həyat sığortasıdır.

Qızılca xəstəliyinin antiviral müalicəsi yoxdur. Ağırlaşması olmayan xəstələr evdə izolasiya olunaraq sağala bilər. Peyvənd olunmayan xəstələrdə ağırlaşma ola bilər. Valideynlər diqqətli olmalıdır. Ağırlaşma olduqda və hərarət pik həddə çatdıqda ailə həkimlərinə müraciət etməlidirilər. Qızılcanın ağırlaşmasını pnevmoniya kimi görürük", - deyə o əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu