http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ağ-qara şəkillərə həyat verən Nurlan Əhmədovla MÜSAHİBƏ

30 Noyabr 2022 , 13:36
Ağ-qara şəkillərə həyat verən Nurlan Əhmədovla MÜSAHİBƏ

Artıq bir müddətdir ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin ağ-qara fotoları yeni çəkilibmiş kimi, sosial şəbəkələrdə qarşımıza çıxır. Rəşid Behbudovu, Əlimardan bəy Topçubaşovu, Üzeyir Hacıbəylini, Səməd Vurğunu rəngli fotolarda görmək bizə fərqli hisslər yaşadır. Ağ-qara fotoların restavrasiyası ilə məşğul olan və “renglenmish” adlı instaqram səhifəsi ilə məşhurlaşan Nurlan Əhmədov “Operativ Media” üçün sənətinin maraqlı məqamlarını açıqlayıb.

Nurlan bəy, nə vaxtdan fotoları rəngləyirsiniz?

Artıq iki ildən çoxdur ki, şəkil restavrasiyası ilə məşğul oluram. Başlanğıcda yalnızca fotoları bərpa edib, keyfiyyətini artırırdım. Sonralar isə fotoları rəngləməyə də qərar verdim. İlk rənglədiyim fotolar, Albert Aqarunov, Çingiz Mustafayev, Üzeyir Hacıbəyli, Mikayıl Müşfiq kimi şəxsiyyətlərin fotoları idi.

Bu işdən qazancınız varmı?

Bəli, var. Hazırladığım fotoları görüb bəyənən insanlar onlara məxsus olan ağ-qara yaxud da rəngi solmuş fotoların restavrasiyası üçün müraciət edirlər.

Nadir, tarixi fotoları necə tapırsınız?

Rənglədiyim əksər fotoları xarici mənbələrdən əldə edirəm. Şəkilləri rəngləmək üçün onların keyfiyyətli versiyaları lazım olur. Təəssüf ki, ölkəmizdə tarixi fotoları internetdə keyfiyyətli formada tapmaq çox çətindir. Əksər arxivlərdə, muzeylərdə olan fotolar elektron formada əlçatan deyil. Belə olan halda, fotonu ya xarici mənbələrdə axtarmaq ya da keyfiyyəti aşağı versiya üzərində işləyib onu yaxşılaşdırıb, rənglənəbiləcək vəziyyətə gətirmək lazım olur. Şəkilləri rəngləməzdən əvvəl uzun müddət araşdırma etmək lazımdır ki, bununla şəklin orginalındakı rənglərə ən yaxın tonları əldə etmək olur. Müxtəlif xarici arxivlər, şəxsi kolleksiyalar var ki, oradan axtardığım fotonun keyfiyyətli versiyasını tapa bilirəm.

Rənglədiyiniz fotolar sosial şəbəkələrdə çox reaksiya toplayır, nə vaxtsa sərgi halına çevirməyi düşünürsünüzmü?

Bəli, şəkillərin ağ-qara versiyası ilə rəngli versiyasının müqasiyəli formada göstərildiyi sərginin təşkili planımda var.

"Operativ Media" Nurlan Əhmədov tərəfindən rənglənmiş bir neçə fotonu təqdim edir: 

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • 11:10

    Şəki və Zaqatala ərazisindəki çaylardan sel keçib
  • 11:06

    Bu ilin 6 ayında əhaliyə 4,4 mlrd. manata yaxın sosial ödənişlər edilib
  • 11:04

    Paris-2024: Azərbaycanlı badmintonçu məğlubiyyətlə başladı
  • 10:54

    Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • 10:52

    DİN: Dələduzluğa görə axtarılan şəxslər saxlanılıb
  • 10:44

    Fərid Hüseynov: "Bakı-Füzuli-Bakı aviareysi Qarabağın digər ərazilərinə rahat səfər imkanı yaradacaq"
  • 10:35

    UEFA-dan AFFA rəsmisinə təyinat
  • 10:07

    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Menyu