http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Yeni ildən avtomobil qiymətləri daha da artacaq

21 Dekabr 2023 , 17:01
Yeni ildən avtomobil qiymətləri daha da artacaq

2024-cü ilin yanvar ayından ölkəyə istehsal ili 10 ildən köhnə olan avtomobillərin idxalı dayandırılacaq.

“Operativ Media” bu qərarın avtomobil bazarına necə təsir edəcəyini araşdırıb.

Avtomobil bazarı üzrə mütəxəsis Elnur Sərdarlının sözlərinə görə, qərar artıq bazara təsir edib:

“Azərbaycan avtomobil bazarına əsas idxal Avropa ölkələri, Koreya, Amerika, Dubay və Gürcüstandandır. Avropadan avtomobil gətirmək artıq çox baha başa gəlir. Əvvəllər istehsal ili 2008-2011-ci illər olan aşağı həcmli mühərriki olan avtomobillər Almaniya, Hollandiya və digər ölkələrdən gətirilirdi. İndi isə istehsal ili 2014-cü ildən yuxarı olan avtomobillər faktiki olaraq bu ölkələrdə də baha satılır. Ona görə də “Mercedes-Benz”, “BMW”, “Land Rover” modelləri demək olar ki 30 min manatdan ucuz deyil”.

Elnur Abdullayev deyir ki, hazırda əsas bahalaşma Koreya bazarında müşahidə edilir:

“Koreya bazarından ucuz qiymətə maşın almaq artıq demək olar ki, mümkün deyil. "Hyundai"nin “Elantra”, “Accent”, “İ30” Kia-nın “Rio”, “Cerato” modellərinin Azərbaycanda alıcısı var idi. Əvvəllər bu avtomobillərin dizel mühərriki ilə olan modelləri müvafiq olaraq 16-20 min manat arası başa gəlirdi. İndi isə qiymətlər 18-22 min manat arası dəyişir. Üstəlik Koreyadan tək Azərbaycan deyil, Asiya ölkələrinə də böyük həcmdə satış olduğundan tələbat artıb. Demək olar ki, maşın tapılmır. 2 aya yaxşı vəziyyətdə daxili bazarla kəskin fərq edən maşın tapmaq ancaq mümkündür”.

Ekspertin sözlərinə görə, hazırda sistem elədir ki, yalnız yeni, bahalı avtomobillər gətirmək mümkün olsun:

“Köhnə avtomobillərin qiyməti də artıb. Rusiya istehsalı olan Lada-nın modelləri gəlmir deyə qiyməti də artıb. Tədricən bu maşınları çox az görəcəyik. Eyni zamanda Azərbaycanın avtomobil parkı kəskin dəyişəcək. Hibrid və elektromobillərin sayı əvvəlki illərə nisbətən artsa da, bu da bazara təsir etməyib. Həmin avtomobillərin satışı çox aşağıdır.

OXŞAR XƏBƏRLƏR
Mobil telefonlar hansı hallarda partlaya bilər?

Mobil telefonlar hansı hallarda partlaya bilər?

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Allahverən İsmayılov: Hakerlər daha çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

Allahverən İsmayılov: Hakerlər daha çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu