http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Rusiya Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir

01 Dekabr 2022 , 12:08
Rusiya Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir

Rusiya Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Bu barədə "Operativ Media"ya Azərbaycan Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 
12 yanvar 2021-ci il tarixdə Moskva şəhərində Azərbaycan və Rusiya Baş Prokurorluqları arasında imzalanmış 2021-2023-cü illər üçün Əməkdaşlıq Proqramından irəli gələn müddəaların icrası məqsədilə Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Proqram çərçivəsində korrupsiya cinayətlərinin qarşısının alınması, korrupsiya yolu ilə əldə edilmiş aktivlərin aşkar edilməsi, onların olduğu yerin müəyyən edilməsi mövzusunda dəyirmi masanın və qanunsuz aktivlərin xaricə çıxarılmasının qarşının alınması və digər aktual mövzularda mühazirələrin keçirilməsi nəzərdə tutulur.
Noyabrın 30-da Baş prokuror Kamran Əliyev nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Baş prokuror ölkələrimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin yüksək səviyyədə olmasını məmnunluqla ifadə edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin korrupsiya ilə mübarizə sahəsində qəti siyasi iradəsi nəticəsində aparılmış islahatların əhəmiyyətini vurğulayıb. Səfər zamanı keçiriləçək tədbirlərin həm praktiki həm də nəzəri sahədə prokurorluq əməkdaşlarının inkişafına müsbət təsir göstərəcəyini bildirib.
Rusiya Baş Prokurorluğunun nümayəndələri yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlıqlarını ifadə edərək səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd ediblər.
Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik

İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik

Baş nazir Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

Baş nazir Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

XƏBƏR LENTİ
  • 19:17

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
  • 19:10

    İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik
    İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik
  • 18:54

    “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb
    “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb
  • 18:39

    Livanın cənubunda İsrailin hücumları nəticəsində ölənlərin sayı açıqlanıb
  • 18:26

    Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib
  • 18:12

    Cəlilabadda qaz təchizatında fasilə olacaq
  • 18:07

    Moskvanın mərkəzində 19-cu əsrin sonlarına aid tikili yanıb
  • 17:57

    Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Menyu