http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

SN: Azərbaycana qızılcaya qarşı peyvənd gətirilib

25 Dekabr 2023 , 11:05
SN: Azərbaycana qızılcaya qarşı peyvənd gətirilib

Avropa regionunda 2023-cü ilin əvvəllərindən qızılca xəstəliyinin alovlanması nəticəsində hazırda Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılması davam etməkdədir.

"Operativ Media" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində qeydə alınan yoluxma hadisələrinin və epidemioloji vəziyyətin təhlili göstərir ki, 10 yaşa qədər uşaqlarla yanaşı, 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir.

Belə yoluxma halları əsasən qızılca infeksiyasına qarşı həssas, yəni heç vaxt bu xəstəliyi keçirməyən və ya qızılcaya qarşı vaksinasiya olunmayan 40 yaşa qədər şəxslər arasında müşahidə edilir.

Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə, vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11- 40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görülür.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan Profilaktik peyvəndlər təqviminə əsasən və qızılcaya yoluxmalara görə hazırda həssas hesab edilən 11- 40 yaşlı şəxslərin qızılca infeksiyasına qarşı peyvənd olunmasını vacib hesab edir.

Qeyd olunan əhali qruplarının vaksinasiyası üçün yaşayış yerləri üzrə uşaq və yaşlı qrupa aid əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur. 11-40 yaşı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 dəfə vaksinasiya olunması kifayət edir.

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu