http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Cəbi Bəhramov ilə görüş keçirilib

25 Dekabr 2023 , 13:30
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Cəbi Bəhramov ilə görüş keçirilib

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov ilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində görüş keçirilmişdir.

Xidmətdən "Operativ Media"ya bildirilib ki, görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, dünya çapında yeri, rolu, o cümlədən regionda nüfüzunun artması, bu istiqamətlərdə ölkə rəhbərinin yürütdüyü uğurlu dövlət siyasəti barədə geniş məlumat verilmişdir. Eyni zamanda müasir Azərbaycanın formalaşması, dirçəlməsi, beynəlxalq arenada güclü dövlətlər sırasında yer alması ilə bağlı Ulu öndər Heydər Əliyevin rolundan danışılaraq bir çox tarixi faktlara və arxiv sənədlərinə istinad edilmişdir. Bununla yanaşı görüşdə bugünkü güclü və qalib Azərbaycanın qurucusu, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin siyasi kursundan və Azərbaycan xalqının rifahının artırılması məqsədilə həyata keçirilən fəaliyyətdən danışılmışdır. Çıxış zamanı Prezidentin apardığı çoxşahəli siyasət nəticəsində son illərdə ölkəmizə qarşı müşahidə olunan birtərəfli siyasi münasibətlərin yeni mərhələyə keçməsi, milli məsələlərdə siyasi həmrəyliyin nümayiş etdirilməsi barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, 30 ildən artıq bir dövrdə ilk dəfədir ki, vətəndaşlarımız öz siyasi iradələrini ərazi bütövlüyü, suverenliyi tam bərpa olunmuş bir ölkədə növbədənkənar seçkilərdə ifadə etmək hüququ qazanırlar. Belə bir tarixi məqamda keçiriləcək növbədənkənar prezident seçkilərinin xüsusi siyasi əhəmiyyət və mahiyyət daşıdığı vurğulanmışdır.

Daha sonra C. Bəhramov şəxsi heyətin suallarını cavablandırmışdır.

Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinin operativ idarə olunmasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rolu, struktur bölmələrinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, şəxsi heyətin seçkilərə hazırlıq vəziyyəti və digər aidiyyəti məsələlər barədə çıxışlar olmuşdur.

OXŞAR XƏBƏRLƏR
Mobil telefonlar hansı hallarda partlaya bilər?

Mobil telefonlar hansı hallarda partlaya bilər?

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Allahverən İsmayılov: Hakerlər daha çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

Allahverən İsmayılov: Hakerlər daha çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

XƏBƏR LENTİ
  • 09:40

    Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib
  • 09:33

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
  • 09:29

    Azərbaycan nefti bahalaşıb
  • 09:19

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
  • 09:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:05

    Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 08:35

    Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı
  • 08:31

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
Menyu