http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bayram süfrəsində qida rasionunda nələrə diqqət yetirməliyik?

25 Dekabr 2023 , 17:23
Bayram süfrəsində qida rasionunda nələrə diqqət yetirməliyik?

Yeni təqvim ilinin başlamasına sayılı günlər qalıb. Artıq bir çox ailələr indidən bayram süfrəsini hansı nemətlərlə bəzəyəcəyini düşünməyə başlayıb.

Xüsusilə bayram günlərində hər cür dadlı və ləzzətli təamların dadına baxmaq istəyirik, lakin bu zaman yediklərimizə diqqət etməliyi unutmamalıyıq.

Bəs bayram süfrəsində hansı ərzaqların olmasını məsləhət görülür?

İnsanlığın sərin və şirin BƏLASI - ENERJİLİ İÇKİLƏR

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov “Operativ Media”ya açıqlamasında bildirib ki, qida rasionuna uyğun olan milli təamlarımızı bayram süfrəsinə düzmək olar:

“Belə ki, zülal, karbohidrat və minerallar, vitaminlər nəzərə alınaraq düzgün şəkildə bayram süfrəsi hazırlanmalıdır. Məsələn, bizim milli plovumuz, kabablarımız, dolmalarımız və saymaqla bitməyən yeməklərimiz var. Amma bu o demək deyil ki, bayram günü mədə pozuntusuna, qida zəhərlənməsinə gətirib çıxaracaq qədər süfrə açmaq düzgündür. Yəni süfrəmiz tam zəngin olmasa da olar, əsas odur ki, tam sağlam olsun. Süfrədə olan salatların birinin mayonezli, birinin isə mayonezsiz olması daha məqsədəuyğundur. Bundan başqa süfrəyə verilən sular mövsümi meyvələrdən hazırlanmış kompot ola bilər. Burada söhbət liflərdən, vitamin və minerallardan gedir və mövsümi meyvələrdən hazırlanan kompotların faydası, qida dəyəri daha yüksəkdir, nəinki rəngli qazlı içkilərin. Ona görə də bayram süfrələrində rəngli qazlı içkilərdən deyil, kompotlardan istifadə etmək lazımdır. 

Bundan başqa əgər süfrədə, məsələn, kabab olacaqsa, bu, qonaqların gəlməyinə təxminən 10-15 dəqiqə qalmış bişirilib süfrəyə verilməlidir. Təkcə kababı deyil, digər qabaqcadan bişən məhsulları da iki saatdan çox otaq temperaturunda saxlamaq olmaz. Bu səbəbdən dolma, toyuq, balıq və s.-dən hazırlanan təamların qida rasionunu nəzərə almaq şərtilə, süfrəyə qoyulmasından yarım saat əvvəl hazır olması daha məqsədəuyğundur. Həmçinin yeməklər süfrəyə isti-isti təqdim olunarsa, qida zəhərlənməsindən maksimum dərəcədə uzaq olmaq mümkündür”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu