http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Ceyhun Bayramov İsveçrə XİN başçısı ilə görüşüb

02 Dekabr 2022 , 15:28
Ceyhun Bayramov İsveçrə XİN başçısı ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu ilə görüşüb.

 

XİN-dən "Operativ Media"ya verilən xəbərə görə, görüşdə Azərbaycan və İsveçrə arasında ikitərəfli münasibətlərin gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələlərinə dair müzakirə aparılıb. 

 

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət, habelə azad edilmiş ərazilərdə Azərbaycan hökuməti tərəfindən görülən işlər, o cümlədən ərazilərimizdə mina təhlükəsi barədə ətraflı məlumat verib. 

 

Öz növbəsində dövlət katibi Livia Leu sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, İsveçrənin Azərbaycanla Ermənistan arasında sülh prosesinə bundan sonra da töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

 

Söhbət zamanı, həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

XƏBƏR LENTİ
  • 23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • 23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • 23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • 23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • 23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • 22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
  • 22:35

    Yasamal rayonunda avtomobil yanıb
  • 22:20

    Livanın cənubunda İsrailin hücumları nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Menyu