http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb

02 Dekabr 2022 , 15:35
Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb

2 dekabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində ATƏT Parlament Assambleyasının (PA) presidenti Marqarita Sederfelt ilə görüşüb.

 

XİN-dən "Operativ Media"ya verilən xəbərə görə, görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT PA gündəliyində duran məsələlər, habelə regionda baş verən ən son proseslər, ATƏT PA-in Azərbaycan-Ermənistan normallaşma prosesinə mümkün töhfələri ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir Ceyhun Bayramov ATƏT PA prezidentinə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. 

 

O, Ermənistanın təxribatlarına və prosesləri ləngitmək siyasətinə baxmayaraq, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycanın səylərini davam etdirəcəyini bildirib.

 

Marqareta Sederfelt ATƏT PA-nın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb və bu xüsusda ATƏT PA-nın sülh prosesini dəstəkləmək üçün parlamentlərarası dialoqu təşviq etməyə hazır olduğunu ifadə edib.

 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

XƏBƏR LENTİ
  • 23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • 23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • 23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • 23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • 22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
  • 22:35

    Yasamal rayonunda avtomobil yanıb
  • 22:20

    Livanın cənubunda İsrailin hücumları nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
  • 21:58

    Avropa Şurasının rəhbəri İranla əlaqələrin ən aşağı səviyyədə olduğunu bildirib
Menyu