http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanda rəqəmsal marketinqə maraq artır

07 Yanvar 2024 , 13:50
Azərbaycanda rəqəmsal marketinqə maraq artır

"Şirkətlər yaxşı başa düşürlər ki, rəqəmsal marketinqdən istifadə onlara geridönüş gətirə bilər".

Bunu "Operativ Media"ya açıqlamasında Avropa İttifaqı və Dünya Bankı layihələrinin Komunikasiya və Marketinq üzrə eksperti Kənan Səlimov deyib.

Kanan Salimov LinkedIn'de: #təhsilqazansın | 18 yorum

Kənan Səlimov bildirir ki, rəqəmsal marketinq sahəsinə dünyada tələbat hal-hazırda artmaqdadır:

"Bunun əsas səbəblərindən biri odur ki, bizim həyatımız rəqəmsallaşmağa doğru gedir. Biz artıq müşahidə edirik ki, insanlar vaxtlarının daha çox hissəsini rəqəmsal dünyada keçirirlər. Nəzərə alsaq ki, COVİD dövründən sonra insanların rəqəmsal media platformalarına ehtiyacı daha da artıb və bir sıra proseslər hətta misal üçün ənənəvi işlər - bankçılıq, sənədlərlə iş rəqəmsallaşmağa doğru gedib. İstər-istəməz insanlar artıq daha çox ənənəvi marketinqə rast gəlməməyə başlayıblar. Çünki onlar vaxtlarının daha çoxunu sosial mediada keçirirlər. Bu da o deməkdir ki, onun reklamı əsas görə biləcəyi kanal məhz rəqəmsal media kanallarıdır. İnsanların gündəlik sosial media, rəqəmsal media istifadəsi artdıqca artıq şirkətlər də məcbur olurlar ki, öz reklamlarını bu kanallarda yerləşdirsinlər".

Ekspert deyir ki, ənənəvi marketinqə də tələbat daim var. Yaxın müddətdə ənənəvi marketinqin qüvvədən düşməsini görə bilmərik. Marketinq büdcəsi artdıqca, ənənəvi marketinqin də rolu yenə qalmaqdadır.

"Sadəcə olaraq illər keçdikcə, faiz etibarilə rəqəmsal marketinqin faizi artır. Amma, biz ümumiyyətlə marketinq alətlərindən istifadədə  dünyada artım müşahidə edirik. Şirkətlər daha yaxşı başa düşürlər ki, rəqəmsal marketinqdən istifadə onlara geri dönüş gətirə bilər. Dünyadakı statistikalar, böyük şirkətlər reklama daha çox pul xərcləyirlər. Digər şirkətlər də artıq bu kimi şirkətlərin nümunəsində görürlər ki, onlar marketinqə büdcə ayırmalıdırlar. Balaca şirkətlərdən tutmuş böyüyə kimi artıq marketinqə maraq var. Şirkətlərin də artıq ilkin başlanğıc nöqtəsi rəqəmsal platformalar olub".

Kənan Səlimov deyir ki, bu sahəyə tələbat çox olduğundan rəqəmsal marketinq sahəsində olan adamlar gəlir baxımından, iş baxımından çətinlik çəkmirlər. 

"Rəqəmsal marketinq sahəsində nə qədər gəlir qazanmaq sizin o sahədə olan bilik və bacarıqlarınızdan aslıdır. Çünki həm yerli bazarda, həm xarici bazarda şirkətlər müxtəlif təkliflər verirlər. Elə işçi var ki, rəqəmsal marketinq sahəsində min dollar maaş alır, eləsi var on min dollar maaş alır. Amma rəqəmsal marketinq sahəsi gənc sahə olduğundan daha çox gənc işçilər bu sahədə qısa zamanda daha yüksək biliklər əldə edə bilirlər. Çünki müəyyən sahələr var ki, burada müəyyən təcrübələr lazımdır. Amma rəqəmsal marketinq ildən ilə yenilənən sahə olduğundan 2-3 illik təcrübə ilə artıq bu sahədə yaxşı mütəxəssis ola bilərsiniz".

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 09:19

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
  • 09:05

    Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 08:35

    Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı
  • 08:31

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:04

    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
Menyu