http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Kimyaterapiyaya alternativ xərçəng müalicəsi tapılıb

07 Yanvar 2024 , 17:07
Kimyaterapiyaya alternativ xərçəng müalicəsi tapılıb

ABŞ-da elm adamları nanotexnologiya sayəsində kimyaterapiyaya alternativ ola biləcək yan təsirləri az olan xərçəng müalicəsi hazırlayıblar.

"Operativ Media" xəbər verir ki, Texasdakı Rays Universitetinin tədqiqatçıları tərəfindən "molekulyar çəkiclər" (MHJ) adlandırılan üsul şişləri aradan qaldırmaq üçün istifadə edilə bilər.

MHJ metodunda, tibbi görüntüləmə prosedurlarında istifadə edilənə bənzər bir siyanin boyası bədənə vurulur. Bu boya xərçəng hüceyrəsinə bağlandıqdan sonra bədənə zərər vermədən dərinliyə nüfuz edə bilən infraqırmızı işıqla aktivləşir.

Bu siqnallar xərçəng hüceyrəsində vibrasiyaya səbəb olur və hüceyrə membranının qopmasına səbəb olaraq xərçəngi məhv edir.

Araşdırmanın aparıcı müəllifi Ciceron Ayala Orozco texnologiyanın hələlik yalnız siçanlar üzərində sınaqdan keçirildiyini və prinsipcə işlədiyini bildirib.

Akademik bildirib ki, insanlar üzərində təcrübələr ancaq illər sonra aparıla bilər.

Orozco həmçinin MHJ texnologiyasının xərçəng müalicəsində istifadə edilən kimyaterapiya ilə müqayisədə çox daha az yan təsirlərə səbəb olacağını ifadə edib.

Rays Universitetindən James Tour, aqressiv dəri xərçəngi olan melanoma olan siçanlar üzərində apardıqları təcrübələrdə heyvanların yarısında xərçəng hüceyrələrinin tamamilə məhv edildiyini bildirib.

Tədqiqatçı bu texnologiyanın bədəndəki xərçəng hüceyrələrinin qalıqlarını aşkar etmək üçün də istifadə oluna bilməsi üçün araşdırmalarını davam etdirdiklərini bildirib.

OXŞAR XƏBƏRLƏR
Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır

Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır

Bayden Ağ Evdə Zelenskini qəbul edəcək

Bayden Ağ Evdə Zelenskini qəbul edəcək

Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib

Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu