http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Hansı qidalar sümüklərin sağlamlığı üçün faydalıdır?

08 Yanvar 2024 , 15:45
Hansı qidalar sümüklərin sağlamlığı üçün faydalıdır?

Meyvələrin sağlamlıq üçün olduqca faydalı olduğu bir faktdır. Lakin ifrat dərəcədə qəbul edilən hər şey kimi meyvələr də sağlamlığa zərər verə bilər.

Xüsusilə britaniyalı tədqiqatçılar portağal və limonun insanın sümük sisteminə mənfi təsir etdiyi qənaətinə gəliblər.

Bu barədə qida mütəxəssisi Məhsəti Hüseynova “Operativ Media”ya açıqlamasında vurğulayıb ki, hər hansı bir qida təbii şəkildə yetişdirilməyibsə, uyğun vaxtlarda qəbul olunmursa, bu zaman orqanizmə zərər verə bilər:

“Eyni zamanda bu gün meyvələrin əksəriyyəti xarici ölkələrdən gətirilir. Həmin meyvələr kal şəkildə dərilir və uzun məsafəni qət edə bilməsi üçün həm içinə, həm də qabıq səthinə müəyyən kimyəvi müdaxilələr olunur ki, bu da orqanizm üçün ziyanlıdır.  

Portağal, limon və başqa sitrus bitkiləri hər hansısa allergik reaksiya vermirsə və uşaqlıqdan bu kimi qidalar mütəmadi olaraq qəbul olunubsa, miqdarı aşmamaq şərti ilə qəbul edilə bilər. Çünki həm həddindən artıq C vitamini ilə zəngindir və həm də mineral qaynağıdır. Bu meyvələrin tərkibində olan kalsium, maqnezium isə birbaşa olaraq sümüklər üçün çox faydalıdır. Xüsusilə sümüklərdə çatlar və yaxud oynaq ağrıları olduqda portağal tövsiyə olunan meyvələr sırasındadır”.

M. Hüseynovanın sözlərinə görə, əgər mədə turşuluğunda problem varsa və həddindən artıq çox yeməkdən sonra meyvəni qəbul etdikdə şişkinlik, köp yaranırsa, bu halda həmin insanlara bu meyvələrin istehlakı məsləhət görülmür:

“Əgər normal sağlam insandırsa, gün ərzində bir ədəd portağal yeməsi kifayət qədər C vitamini almasına kömək olur. Yaxşı olar ki, portağal alarkən mütləq ölkədə yerli və mövsümi məhsula üstünlük verilsin.  Təbii şəkildə yetişən meyvəni də tam yemək lazımdır. Yəni əgər 200  qr meyvə suyu istehlak edəcəklərsə, bu zaman onlar miqdarı aşmış olurlar, çünki iki və yaxud üç portağaldan alınan sudan istifadə edilir ki, bu, qəbul edilən  vitamin, kalium, maqnesium və yaxud digər mikroelementlərin lazımi miqdarı keçməsi deməkdir. Belə halda orqanizmə mənfi təsir göstərə bilər. Xüsusən də meyvələrin səhər tezdən ac qarına qəbul olunması tövsiyə olunmur, çünki bu, mədədə turşuluğu artıracaq və həzm sistemində probeləmlərin yaranmasına səbəb olacaq”.

Mütəxəssis qeyd edib ki, insan sümüyünün möhkəm və sağlam olması üçün başqa qidalar da faydalıdır:

“Gündəlik rasionumuzda qaymaqlı süd və süd məhsullarına yer vermək lazımdır. Buna qatıq, pendir, yağ kimi qidaları aid etmək olar. Eyni zamanda kələm, lobya, qoz, fıstıq, balqabaq tumu, brokoli və s. istifadə etməklə orqanizmin kalsium ehtiyacını ödəmək mümkündür. Həmçinin bunların yanında küncütdən də istifadə orqanizmin kalsium balansını təmin etməsinə kömək olar”.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu