http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiya olunmağa çağırıb

11 Yanvar 2024 , 09:49
Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiya olunmağa çağırıb

Səhiyyə Nazirliyi qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciət edib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, qış mövsümü və havaların kəskin soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir.

Bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə ölkəmizdə mövsümi qripə qarşı vaksinasiya kampaniyası davam edir.

Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların, xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı uşaq və böyüklərin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.

Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi risk qrupuna aid ölkə vətəndaşlarını mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış yeri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 20:55

    I Liqa: "Qəbələ" 5 qolla qazandı
  • 20:48

    Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

  • 20:26

    Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb
  • 20:06

    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
  • 20:04

    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
  • 20:01

    Hizbullah lideri: Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması İsrail üçün tələ olacaq
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib

Menyu