http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Kəngərli kəndində 2626 nəfərin məskunlaşması planlaşdırılıb

04 Oktyabr 2022 , 19:12
Kəngərli kəndində 2626 nəfərin məskunlaşması planlaşdırılıb

Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya kənddə görüləcək işlərlə bağlı məlumat verərkən bildirib.

Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır.

Diqqətə çatdırılıb ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Bildirilib ki, kənddə tikinti işlərinin bu il oktyabrın 10-da başlanılması və 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu