http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Uşaqlar nə üçün özlərinə "xəyali dost" yaradırlar?

15 Yanvar 2024 , 15:35
Uşaqlar nə üçün özlərinə "xəyali dost" yaradırlar?

Çox vaxt uşaqlar öz beyinlərində xəyali bir obraz yaradıb onunla dostluq edirlər. Bu dost onlarla çox yaxşı yola gedir, istədikləri oyunları oynayır və danışır. Təbii ki, uşaqlarının gözəgörünməz dostu adətən valideynləri təşvişə salır. Bəs balacaların özlərinə xəyali dost yaratmaq ehtiyacı nədən qaynaqlanır?

Bu barədə psixoloq Fərqanə Mehmanqızı "Operativ Media"ya açıqlamasında qeyd edib ki, müəyyən bir yaş dövründə uşağın xəyali dostunun olması normaldır:

Fotoğraf açıklaması yok.

"Amma bəlli bir yaşdan sonra xəyali dost hansısa travmalardan, şəxsiyyət pozğunluğundan, hətta şəxsiyyət ikiləşməsindən də xəbər verə bilər. Buna görə də bu kimi şeyləri zarafat, əyləncə, yaxud uşağın fantaziyası kimi yox, real problem kimi görmək və qarşısını almaq lazımdır. Burada əsas səbəblər sırasında ilk növbədə təklik, yalnızlıq, özünə qapanma durur. Ən çox sosiallaşmamış uşaqlar özlərinə dost uydururlar və o dost ilə sanki hər yerə gedirlər, dərdləşirlər. Bu təbii ki, uşağın başqaları ilə münasibət qura bilməməyindən xəbər verir".

Psixoloqun sözlərinə görə, valideynlər uşaqlarında bunun ilk əlamətlərini gördükdə onu psixoloqa aparmalıdırlar ki, problemin kökü həll olunsun və gələcəkdə başqa problemlərə yol açmasın".

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 21:00

    Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
    Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
  • 20:55

    I Liqa: "Qəbələ" 5 qolla qazandı
  • 20:48

    Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir
    Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir
  • 20:06

    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
  • 20:04

    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
  • 20:01

    Hizbullah lideri: Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması İsrail üçün tələ olacaq
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
Menyu