http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Psixi xəstəlikləri tətikləyən amillər hansılardır? – AÇIQLAMA

17 Yanvar 2024 , 14:41
Psixi xəstəlikləri tətikləyən amillər hansılardır? – AÇIQLAMA

Psixi sağlamlıqla əlaqəli xəstəliklər insanların həyatına dərindən təsir edən sağlamlıq problemləridir. Adətən, psixi xəstəliklərin cəmiyyət tərəfindən tanınması və qəbul edilməsi çətin olur deyə müalicəsi də gecikir.

Maraqlıdır, bəs psixi xəstəliklər irsən keçir, yoxsa sonradan qazanılır?

Bu barədə psixiatr Bəxtiyar Mustafayev “Operativ Media”ya açıqlamasında qeyd edib ki, psixi xəstəliklərin yaranmasında genetika rol oynayır:

Psixiatr Bəxtiyar Mustafayev | Saglamyasha.az | Mütəxəssislərin sağlamlıq  barədə bloqları

“Şizofreniya xəstəliyinin yaranma səbəbi tam məlum deyil ,ancaq burada da genetikanın rolu var. Əgər valideynlərdə şizofreniya varsa, gələcəkdə belə insanların uşaqlarında da şizofreniya olma ehtimalı sağlam valideynlərin uşaqları ilə müqayisə etdikdə daha çoxdur”.

Həkim psixi xəstəliklərin yaranmasını tətikləyən amillərdən də danışıb:

“Günümüzdə daha çox qarşılaşdığımız depressiya, təşviş pozuntuları (nevroz) kimi bildiyimiz psixi pozuntuların yaranmasında əsas səbəb kimi biopsixososial səbəblər aiddir. Bioloji olaraq neurotransmitter olan serotonin adlı maddənin az olması burada rol oynayır. Həmçinin yaşanmış psixoloji travmalar, sosial vəziyyətin pis olması, işsizlik kimi faktorların da əhəmiyyəti böyükdür”.

Psixiatr qeyd edib ki, son dövrlərdə psixi problemi olan insanların sayı nəzərə çarpacaq dərəcədə artıb:

“Səbəb kimi son illər müşahidə olunan koronavirus pandemiyasını göstərə bilərik. Bu, həm təşviş pozuntuları, həm də depressiv pozuntuların daha da çox insanda yaranmasına gətirib çıxarmışdır. Bundan başqa asosiallıq, daimi xəstəliyə yoluxmaq, davamlı stressə məruz qalmaq və ya yaxınını itirmə qorxusu, təbii ki, insanların psixoloji olaraq müqavimətini daha da azaltmış və psixi pozuntuların yaranması üçün daha münbit şərait yaranmışdır”.

 

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 20:55

    I Liqa: "Qəbələ" 5 qolla qazandı
  • 20:48

    Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir
    Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir
  • 20:26

    Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb
  • 20:06

    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
  • 20:04

    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
  • 20:01

    Hizbullah lideri: Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması İsrail üçün tələ olacaq
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
Menyu