http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

"Burun açıcı spreylər asılılıq yarada bilər" - HƏKİM

24 Yanvar 2024 , 16:51
"Burun açıcı spreylər asılılıq yarada bilər" - HƏKİM

Son zamanlar burun tutulmasından şikayət edənlərin sayı çoxalıb. İnsanların əksəriyyəti heç bir xəstəliyi olmamasına baxmayaraq, burun tutulması səbəbindən rahat nəfəs almaqda çətinlik çəkir. Məhz buna görə də bir çoxları tənəffüs yolunun açılması üçün müxtəlif burun spreylərindən istifadə edirlər. Bəs bu cür burun spreylərindən mütəmadi istifadənin hansı əks təsirləri ola bilər? 

Mövzu ilə əlaqədar LOR cərrah Dr. Anar Əsgərov "Operativ Media"ya bildirib ki, burun tutulmasının bir çox səbəbləri var:

"Burunda çəpər əyriliyi, burun balıqqulağının hipertrofiya olması, yəni böyüməsi, konka bulloza variasiyası, adenoid dediyimiz burun əti, poliplər, yeni törəmələr, yad simlər və s. hamısı burun tıxanıqlığına səbəb ola bilər. Burunda aşağı, orta və üst balıqqulaqları bəzi insanlarda böyük olur. Yaxud normal olsa belə, qripoz və bakterial infeksiya xəstələrində burun ətləri şişir və burundan nəfəs almaq çətinləşir. Burun ətlərinin şişməsinin bir səbəbi də allergiya ilə bağlıdır. Bundan başqa, qadınlarda hamiləlik vaxtı estrogen miqdarının artdığına görə burun ətləri şişir və çətin nəfəs almağa başlayırlar".

Həkim qeyd edib ki, xəstəlik dönəmində burun təmizləyici və açıcı spreylərdən istifadə etmək lazımdır:

"Soyuqdəymə, qrip zamanı və yaxud infeksiya olduqda, dəniz suyu dediyimiz fizioloji məhsullar var ki, koronavirus dönəmində də bunlardan istifadə edirdik. Həmin spreylərdən iki həftə, üç həftə və yaxud sağalana qədər istifadə etmənin problemi yoxdur və alışqanlıq yaratmaz.  Amma burun açıcı spreylərin tərkibində alfa-adrenoblakotorlar var. Müxtəlif adlarda satılan bu spreylər burun ətlərinin damarlarını daraldır, burun əti kiçilir və pasiyent rahat nəfəs almağa başlayır. Lakin bunları 5-6 gündən çox istifadə etmək məsləhət görülmür. Çünki pasiyentlər uzun müddət bunu istifadə edəndə bu dərmana asılılıq yaranır. Yəni "Rebound" sindromu əmələ gəlir və xəstə o dərmansız dura bilmir, sürəkli onu istifadə etmək istəyir. Uzun zaman bu dərmanları istifadə edəndə isə burun quruluğuna, burun qanamalarına yol açır".

 

 

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 20:26

    Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb
  • 20:06

    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
  • 20:04

    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
  • 20:01

    Hizbullah lideri: Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması İsrail üçün tələ olacaq
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
Menyu