http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Dəvə südü ilə xərçəngi müalicə etmək mümkündür?

29 Yanvar 2024 , 14:47
Dəvə südü ilə xərçəngi müalicə etmək mümkündür?

Bədəvi mədəniyyətində dəvə südü mühüm yer tutur. Bir çox mütəxəssis onun tərkibindəki minerallar və vitaminlərin orqanizm üçün olduqca faydalı olduğunu qeyd edir. 

Çoxları dəvə südünün xərçəng xəstəliyinin müalicəsində belə faydalı olduğunu deyir. Bəs, görəsən, bu fikir nə qədər doğrudur?

Onkoloq Dr. Afət Cabbarova "Operativ Media"ya açıqlamasında bu fikri təkzib edib.

Həkim insanlara tövsiyə edib ki, bu cür təsdiqi olmayan fikirlərə aldanmasınlar, çünki elmdə dəvə südünün xərçəng və bu kimi xəstəliklər üçün müalicəvi rol oynaması ilə bağlı heç bir fakt yoxdur.

Bəs dəvə südü hansı xəstəliklərin müalicəsi üçün istifadə oluna bilər?

Mövzu ilə əlaqədar fitoterapevt Dr. Fuad Mahmudov isə qeyd edib ki, dəvə südünün öskürək, soyuqdəymə kimi xəstəliklərə faydası var:

"Dəvə südünün yağlılıq dərəcəsi digər südlərə nisbətən daha yüksəkdir. Bu səbəbdən bronxların iltihabı prosesində, zəiflik hiss edildiyi zaman immunitetin gücləndirilməsi üçün istifadə oluna bilər".

F. Mahmudov bildirib ki, dəvə südü hər nə qədər faydalı olsa da, onun vasitəsilə xərçəngi müalicə etmək mümkün deyil:

"Bəzən reklam xarakterli belə fikirləri səsləndirirlər ki, həmin məhsula tələbat artsın. Ancaq bu doğru deyil".

OXŞAR XƏBƏRLƏR
Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

Birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib

Birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu