http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ölkə ərazisində internet sürətinin zəif olması nə ilə əlaqədardır?

01 Fevral 2024 , 15:03
Ölkə ərazisində internet sürətinin zəif olması nə ilə əlaqədardır?

Son zamanlar ölkə ərazisində müxtəlif provayder istifadəçiləri internetin zəif olmasından şikayət edir. Məlum məsələdir ki, internet istifadəçilərinin sayı kifayət qədər çoxdur, lakin internetin sürətli olmaması bir çox problemin yaranmasına səbəb olur.

 Bəs internetin zəifliyi nə ilə əlaqədardır və problemi həll etmək üçün nə etmək lazımdır?

Məsələ ilə əlaqədar İKT mütəxəssisi Fərhad Mirəliyev "Operativ Media"ya açıqlamasında bildirib ki, əksər hallarda bunun səbəblərindən ən əsası internet provayderinin kifayət qədər internet trafiki tədarük etməməsidir:

ocr

"Biz bilirik ki, internet provayderləri hər hansısa bir ərazidə fəaliyyətə başlamamışdan öncə müəyyən bir infrastruktur şəbəkəsi qururlar. Həmin ərazidə yeni investisiya edirlər. Bura interneti daşıyacaq xətlər, avadanlıqlar, bunu idarə edəcək personallar və s. kimi məsələlər daxildir. Həmçinin internet trafiki də backbone provayderlərdən tədarük olunur. Əvvəlcə istifadəçi sayı proqnozlaşdırılır, məsələn müəyyən bir ərazidə 1000 nəfər abunəçiyə xidmət göstəriləcək və ilkin halda trafik bu istifadəçi sayına uyğun götürülür və yaxud hesablamalar düzgün aparılmır, trafik trafikin həcmi daha az götürülür. Zamanla abunəçilərin sayı artdıqca onlar internetin sürətində əhəmiyyətli dərəcədə ləngimələr hiss edirlər. Bu da həmin istifadəçilərinin sayının artması və yaxud da ki, trafik həcminin düzgün hesablanaraq götürülməməsi səbəbindən ola bilir. Bunun çıxış yolu kimi abunəçilər kütləvi halda provayderə müraciət edərlərsə və həmin şəbəkəni idarə edən mütəxəssislər problemin kökünü araşdırıb taparlar ki, bu, trafik aclığı deyilən bir səbəblə bağlıdır. Yəni trafik həcmi yetərli olmursa, o zaman tədarük həcmini, trafik həcmini artıraraq problemi həll etmək mümkündür. Əks halda, problem davam edəcək. Xüsusən də bu hal axşam saatlarında daha çox hiss olunur, yəni pik saatlarda. Çünki əksəriyyət bu vaxtlarda şəbəkəyə qoşulur və istər-istəməz yüklənmə artır".

Ekspert qeyd edib ki, digər bir səbəb internet provayderinin düzgün avadanlıq seçməməsi və yaxud düzgün tənzimləmələr etməməsidir:

"Belə ki, düzgün konfiqurasiya olmayanda və yaxud düzgün avadanlıqlar seçilməyəndə şəbəkədə artıq problemlər yaşanmağa başlayır. Çünki hər bir avadanlığın özünün müəyyən gücü, trafiki, datanı emal etmə qabiliyyəti var ki, əraziyə və istifadəçi sayına uyğun olaraq bu məsələlər hamısı nəzərə alınır. Əgər nəzərə alınmazsa, internet provayderi ucuzluğuna və ya hər hansısa bir kriteriyaya görə uyğun olmayan avadanlığı həmin ərazidə paylanma nöqtəsi olaraq yerləşdirərsə, o zaman həmin avadanlıq internetin paylanmasını artıq ləngimələrlə həyata keçirəcək. Ola bilər ki, IT məsələləri, siyasətlər və s. kimi daxili tənzimləmələr düzgün olmayanda müəyyən istiqamətlərdə ləngimələr yaşansın. Misal üçün bir çox provayderlər IP TV xidməti, IP telefoniya xidməti  və sadəcə internet xidməti təqdim edir. IP TV xidməti daha çox satılsın deyə bəzi ödənişsiz IP saytlara sürət limiti tətbiq edirlər ki, həmin saytlar zəif açılsın. Bundan başqa təcrübədə olub ki, bir ərazidən digər əraziyə internetin ötürülmə texnologiyası məqbul deyil, burada artıq tənzimləmələr düzgün qurulmayıb. Bu zaman son istifadəçilər bu ləngiməni hiss edə bilirlər".

F.Mirəliyev onu da əlavə edib ki, bəzi hallarda istifadəçilərin evində olan paylayıcı qurğularda da müəyyən hallarda problemlər yaşana bilir:

"Bəzən olur ki, provayderlər özləri həmin qurğuları təqdim edirlər. Bəzən isə istifadəçinin üzərinə tələb qoyurlar ki, sən bu "wifi" paylayıcı routeri almalısan. Bu qurğularda da müəyyən səbəblərdən internetin sürətində yavaşlanma yaşayır, yəni provayderin verdiyi avadanlıq həmin yüklənməyə dözmür. Həmçinin simsiz şəbəkə dalğaları, "wifi" dalğalar hava şəraitinə həssasdır. Eyni zamanda əhalinin sıx məskunlaşdığı yaşayış binalarında siqnallar artıq bir-birinə qarışır. Çünki mərtəbələr üzrə hamının evində "wifi" paylayıcı avadanlıqlar quraşdırılır və bütün dalğalar bir birinə qarışır. Əlbəttə, bu da keyfiyyətə öz təsirini göstərir".

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 09:49

    Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:48

    Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • 09:40

    Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib
  • 09:33

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
  • 09:29

    Azərbaycan nefti bahalaşıb
  • 09:19

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
  • 09:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:05

    Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Menyu