http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Kimsə "Whatsapp" mesajlarımızı oxuya bilərmi?

01 Fevral 2024 , 16:12
Kimsə "Whatsapp" mesajlarımızı oxuya bilərmi?

"Sosial şəbəkələrdə, əsasən də “TikTok”da başqasının “Whatsapp” hesabını ələ keçirmək, izləmək ilə bağlı məlumatlar paylaşan profillərin əksəriyyəti insanları aldadıb, pullarını alıb blok atırlar".

Bunu "Operativ Media"ya açıqlamasında rəqəmsal marketinq meneceri Həsən Fətəliyev deyib. 

Həsən Fətəliyevin sözlərinə görə, burada problem ilk növbədə sosialdır. İnsanlar öz doğmalarının, həyat yoldaşlarının, sevgililərinin hesablarına müdaxilə edərək şübhələrini yoxlamaq istəyirlər. 

"Qısqanclıq hissləri insanı məntiqlə düşünməkdən yayındırdığı üçün dələduzlar insanların bu vəziyyətlərindən istifadə edib onları aldadırlar. İşin texniki tərəfinə gəldikdə isə “Whatsapp”ı ələ keçirmək, əslində, mümkündür. Əvvəl oradan başlayaq ki, əgər kimsə sizin nömrəniz vasitəsilə təsdiq kodunu sizdən alıbsa, o sizin “Whatsapp” hesabınıza daxil olsa da, mesajlarınızı oxuya bilməz. "WhatsApp"da mesajlar şifrələndiyi üçün kimsə bu şəxsi söhbətləri birbaşa oxuya bilməz. "WhatsApp" mesajı üçün şifrələmə söhbətdə istifadə olunan hər iki cihazda saxlanılır. Buna görə də mesajları oxumaq istəyən hər kəs cihazlardan ən azı birini əldə etməlidir. İstifadəçilər yeni telefon aldıqda əvvəlki telefondakı bütün proqramları və parametrləri ehtiyat nüsxədən yenidən quraşdırırlar. "WhatsApp" ehtiyat nüsxələrini quraşdırmaq üçün telefon nömrəsinə göndərilən kod tələb olunur. Bu kod (adətən tətbiqi quraşdırdığınız cihaza göndərilir) telefonu doğrulamağa və söhbətləri bərpa etməyə kömək edir. Əgər siz mesajların ehtiyat nüsxəsini çıxarmısınızsa, bu mesajlar bərpa olunacaq. Əks halda kontaktlarınızın və qruplarınızın adları mesajsız göstərilir". 
 
Ekspert deyir ki, "WhatsApp"da hesab təhlükəsizliyi üçün istifadəçilərin diqqət etməli olduğu məqamlar var:
 
"Əvvəlcə, SMS mesajlarınızda önizləməni söndürməlisiniz. Bu, çox sadə görünə bilər, lakin bir çox insanlar mesajlara daha sürətli baxmaq rahatlığını bəyənirlər. İstifadəçilər proqram olmadan iki addımlı doğrulamadan (ikiqat faktorlu qorunma) istifadə etdikdə SMS vasitəsilə göndərilən kodları almağa üstünlük verirlər. Bununla belə, bu mesajlar kilidlənmiş ekranda göstərilə bilər və telefonu nəzarətsiz qoyduğunuz halda kimsə bu kodu öyrənə bilər. Bundan əlavə telefonunuzu və ya hər hansı bir cihazı nəzarətsiz qoymayın. Nəzərə alın ki, kimsə yuxarıda qeyd etdiyim hücum üsulunu sınaya bilər. 
Eyni zamanda hesabınızı qorumaq üçün daha yaxşı bir yol olaraq, "WhatsApp"ın öz iki faktorlu qorunmasından istifadə edə bilərsiniz". 

Həsən Fətəliyev ikili doğrulama ilə bağlı istifadəçilərin diqqət etməli olduğu nüansları da açıqlayıb:

“WhatsApp"da iki addımlı doğrulamanı necə qurmaq olar?” sualının cavabına gəldikdə isə, proqram açıq halda Parametrlər/Hesab/İki Addımlı Doğrulama bölməsinə keçin və aktivləşdir düyməsini klikləyin. Sonra unutmayacağınız altı rəqəmli kodu daxil edin. Sonra əlavə ehtiyat tədbiri olaraq mail ünvanınızı daxil edin. Telefonunuzda quraşdırılmış iki addımlı doğrulamanın təsdiqini görəcəksiniz. İndi "WhatsApp"ı açdığınız zaman sizdən vaxtaşırı PİN kodu daxil etməyiniz tələb olunacaq. Beləliklə, kiminsə hesabınızı oğurlaması və ya mesajlarınızı başqa cihaza köçürməsi indi daha çətin olacaq". 

Ekspert deyir ki, kiminsə hesabını ələ keçirmək və onun mesajlarını izləmək üçün müxtəlif üsullar var:

"Bunu etmək istəyənlərə stimul verməmək üçün proqramların adlarını deməyim doğru olmaz. Ancaq kustar üsullarla edilən versiyalar haqqında məlumat verə bilərəm. Ən çox yayılmış üsul hesabını oğurlamaq istədiyi şəxsin nömrəsinə kod göndərmək və sonra həmin şəxslə əlaqə saxlayaraq, kodun səhv nömrəyə gəldiyini bildirərək kodu istəməkdir. Digər bir üsul isə valideynlər üçün olan övladın telefondan istifadəsinə nəzarət proqramı vasitəsilə həyata keçirilir. (“Whatsapp” artıq bu barədə tədbir görməyi planlaşdırır). Başqa bir üsul isə “Google Drive” vasitəsilə hesabınızda olan dataları əldə etmək mümkündür. Buna görə də, əslində, tək “Whatsapp” yox, bütün hesablarınızda təhlükəsizliyi gücləndirmək mütləq vacibdir".

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XƏBƏR LENTİ
  • 09:40

    Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib
  • 09:33

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
  • 09:29

    Azərbaycan nefti bahalaşıb
  • 09:19

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
  • 09:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:05

    Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 08:35

    Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı
  • 08:31

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
Menyu