http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

02 Fevral 2024 , 13:16
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb, 2024-cü il üzrə Fəaliyyət Planı müzakirə olunub

Bu barədə "Operativ Media"ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qonağı salamlayan nazir onun Fondun yeni rəhbəri təyin olunması münasibətilə təbriklərini çatdırıb, işlərində uğurlar arzulayıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən qardaş türk respublikaları ilə əlaqələrin bütün sahələrdə inkişafına, mədəni əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verilir və dövlət başçısının təşəbbüsü ilə və bütün türk dövlətlərinin dəstəyi ilə təsis edilən Türk Mədəniyyəti və İrsi Fondu bu sahədə aparıcı platformalardan biri kimi çıxış edir.


Türk Mədəniyyəti və İrsi Fondu yarandığı dövrdən qardaş xalqların tarixi-mədəni mirasının qorunması, bərpası və təbliği sahəsində diqqətəlayiq fəaliyyət göstərib. Azərbaycanın Mədəniyyət Nazirliyi, Türk dünyasının maddi və qeyri-maddi mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və təbliği ilə bağlı proqram və layihələrdə mütəamdi olaraq fəallıq göstərir, onların həyata keçməsinə dəstək göstərməkdədir.
Qəbula və təbrikə görə nazirə təşəkkürünü bildirən Aktotı Raimkulova yeni dövrün çağırışları kontekstində TMİF-in fəaliyyət istiqamətləri barədə məlumat verib.

Qeyd edilib ki, Fondun üzərində düşən vəzifələrin uğurla icrasında üzv-dövlətlərin dəstəyi əsas amildir və bu xüsusda, Fondun Baş Qərargahına evsahibliyi edən Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri və 2024-cü il üzrə Fəaliyyət Planı, xüsusilə də ortaq türk mədəni irsinin təbliği ilə bağlı nəzərdə tutduğu təşəbbüslər müzakirə edildi.

OXŞAR XƏBƏRLƏR
“Eurovision 2025”in hansı şəhərdə keçiriləcəyi məlum olub

“Eurovision 2025”in hansı şəhərdə keçiriləcəyi məlum olub

Naftalanda tarixi abidə qalıqları aşkarlanıb

Naftalanda tarixi abidə qalıqları aşkarlanıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu