http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Region ölkələrində mobil internetin qiyməti neçəyədir?

19 Fevral 2024 , 14:54
Region ölkələrində mobil internetin qiyməti neçəyədir?

Azərbaycanda yerli mobil operatorlar internet paketlərinin qiymətini artırıblar. 

“Operativ Media” xəbər verir ki, “Azercell” şirkəti bu gündən etibarən internet qiymətlərini bahalaşdırıb. Bundan əlavə, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Buraxılmış zəng” xidmətinə ƏDV daxil 0,20 AZN aylıq abunə haqqı tətbiq ediləcək. Yeni paketlər aşağıdakı kimidir. 500 MB aylıq internet paketinə yeni qoşulmalar 19 fevral 2024-cü il tarixindən dayandırılıb.

"Bakcell" isə sabahdan etibarən internet paketlərinin qiymətini dəyişir. Aylıq 500MB paketinə yeni qoşulmalar 20 fevral 2024-cü il tarixindən dayandırılacaq və mövcud istifadəçilər üçün aylıq abunə haqqı 4 AZN təşkil edəcək. Aylıq 20GB+ internet paketinin yenilənməsi səbəbi ilə “Gecədən Səhərə Limitsiz” təklifi 20 fevral 2024-cü il tarixindən dayandırılacaq.

İnternet istifadəçiləri üçün qiymətlərin bahalaşması sual olaraq qalır. Bəs qonşu ölkələrdə vəziyyət necədir?

Türkiyədə bütün operatorlar 5G internet təklif edir. Nömrə qiymətləri baha olsa da, internet elə də baha deyil. Türkiyədə 10 GB internet paketi götürsəniz, həftəsonu da əlavə 10 GB hədiyyə edilir. Bunun üçün 11,68 qəpik ödəmək kifayətdir.

Gürcüstanda mobil internet isə xüsusilə turistlər üçün sərfəlidir. Turist paketlərinə internet, danışıq və SMS xidməti daxildir. 15 GB internet isə cəmi 6 manat 44 qəpikdir.

Rusiyanın hər nə qədər müasir texnologiyalardan geri qaldığı deyilsə də, sanksiyalar belə qiymətlərə təsir etməyib. Əgər Rusiyada yaşayırsınızsa, 30GB internet, 250 dəqiqə danışıq və 236 TV kanalını izləmək üçün cəmi 7 manat 20 qəpik ödəməli olacaqsınız.

İranda internetin sürəti ilə bağlı dəqiq məlumat yoxdur. Amma mobil operatorların təklif etdiyi paketlər internetin istifadə zamanına görə dəyişir. Səhər saat 6-dan günorta 12-yə qədər 10GB internet 48 qəpikdir. 1 manat 90 qəpiyə isə 10GB interneti 60 gün ərzində zaman limti olmadan istifadə etmək mümkündür.

Ermənistanda isə 20 GB internet paketinin qiyməti 6,29 manatdır.

Elmin B.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

XƏBƏR LENTİ
  • 11:15

    AYNA: Yeni tədris ilinin başlanılmasına qədər Bakıda 20 küçə və prospekt təmir olunub
  • 11:06

    Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq
  • 11:05

    Rövşən Rüstəmov: Çin Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarı göndərə bilər
  • 11:03

    İranın energetika naziri Rusiyaya səfər etməyi planlaşdırır
  • 10:54

    Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
  • 10:48

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir
  • 10:45

    Rövşən Rüstəmov: Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür
  • 10:42

    Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi
Menyu