http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Dünyanın ən böyük televizor istehsalçısı məlum olub

19 Fevral 2024 , 17:31
Dünyanın ən böyük televizor istehsalçısı məlum olub

"Samsung" şirkəti 2023-cü ildə ardıcıl olaraq 18-ci dəfə televizor bazarının lideri olub.

"Operativ Media" bu barədə "Omdia" analitik şirkətinin yeni hesabatına istinadən xəbər verir.

Hesabata görə, "Samsung"un qlobal televizor bazarındakı payı 2023-cü ildə 30,1% təşkil edib. Şirkət ötən il 8,31 milyon QLED və NeoQLED televizor satıb. Üstəlik, 2017-ci ildə ilk QLED televizorlarının buraxılmasından bu yana "Samsung" 44 milyondan çox belə cihaz satıb.

Cənubi Koreya şirkəti premium TV seqmentində lider mövqeyini qoruyub. 2023-cü ilin sonuna qədər "Samsung" bu seqmentdə 60,5% ilə böyük bazar payına sahibdir. Bu, 2022-ci illə müqayisədə 12,2% çoxdur.

“Samsung” şirkəti 2022-ci ildə ilk OLED televizorunu təqdim edəndən bəri bir milyondan çox OLED televizor satıb və bazarın 22,7%-ni ələ keçirib. Şirkət daha böyük ekran ölçülərinə malik cihazlar hesabına bu il OLED TV satışlarının artacağını gözləyir.

"Samsung Electronics"in TV bölməsinin prezidenti Yeon Seok-woo bildirib ki, şirkət qarşıdakı illərdə Micro LED ekranlı televizorları daha sərfəli etmək üçün çalışacaq. İlk növbədə ekran diaqonalını azaltmaqla bu cür cihazlarda qiymətdə endirim təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR
Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb

Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb

Mobil telefonlar hansı hallarda partlaya bilər?

Mobil telefonlar hansı hallarda partlaya bilər?

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

XƏBƏR LENTİ
  • 11:17

    Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub
  • 11:15

    AYNA: Yeni tədris ilinin başlanılmasına qədər Bakıda 20 küçə və prospekt təmir olunub
  • 11:06

    Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq
  • 11:05

    Rövşən Rüstəmov: Çin Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarı göndərə bilər
  • 11:03

    İranın energetika naziri Rusiyaya səfər etməyi planlaşdırır
  • 10:54

    Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
  • 10:48

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir
  • 10:45

    Rövşən Rüstəmov: Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür
Menyu