http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ərdoğan və Putin arasında telefon danışığı olub

11 Dekabr 2022 , 15:19
Ərdoğan və Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı ölkələr arasında münasibətlər, xüsusilə enerji, “taxıl sazişi” və terrorla mübarizə başda olmaqla regional məsələlər müzakirə edilib. 

Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 13 milyon tondan çox taxılın ehtiyacı olan dövlətlərə birgə səylər vasitəsi ilə çatdırılmasını təmin etdiyini bildirib. 

Türkiyə Prezidenti qeyd edib ki, “taxıl sazişi” çərçivəsində müxtəlif ərzaq məhsullarının və tədricən digər malların ixracı üzərində işə başlaya bilərlər.  O, Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə bitməsini arzulayıb. 

Ərdoğan PKK terror təşkilatı və onun qolu PYD/YPG-nin Suriyanın şimalındakı separatçı fəaliyyətlərini və Türkiyəni hədəf alan terror hücumlarını Vladimir Putinin diqqətinə çatdırıb. 

Qeyd olunub ki, 2019-cu il Soçi razılaşmasına uyğun olaraq, Türkiyə ilə Suriya sərhədində terrorçuların təmizlənməsi vacib və əhəmiyyətlidir.

OXŞAR XƏBƏRLƏR
Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib

Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

XƏBƏR LENTİ
  • 10:37

    Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
  • 10:02

    Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
  • 09:57

    Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
  • 09:51

    "Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir
Menyu