http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Qarabağdakı sülhsüz məramlılar - ŞƏRH

12 Dekabr 2022 , 10:44
Qarabağdakı sülhsüz məramlılar - ŞƏRH

Azərbaycanın Rusiyaya sülhməramlılarla bağlı notasının vaxtı çoxdan çatmışdı. Burada da Azərbaycan səbir və dözümlülük nümayiş etdirir. Soyuqqanlı şəkildə idarəçilik prinsipləri Azərbaycanın dəsti-xəttidir, bunu hər kəs bilir. Lazımi anda, lazımi məqamda addımların atıldığını Qarabağ münaqişəsinin həlli, iri həcmli beynəlxalq və regional layihələrin reallaşdırılması istiqamətində də bunları görmüşük və görüblər.


Nota məsəsləsinə gəldikdə, diplomatiyada bu, bir dövlətin hökümətinin  digər dövlətin hökümətinə diplomatik müraciətidir. Dəfələrlə Müdafiə Nazirliyi bildirdi ki, Rusiya sülhməramlıları Azərbaycan ərazilərində adları erməni dilində təqdim edir, bu yolverilməzdir. Ona görə ki, həmin sözügedən ərazilər Azərbaycanındır, tarixən, əzəldən. Siz də, ey sülhməramlılar, müvəqqətisiniz. Buna məhəl qoyulmadı və daha sonra Rusiya sülhməramlılarının Qarabağdakı komandanı general Volkov müsahibəsində dedi ki, biz adları düz veririk, amma Rusiya Müdafiə Nazirliyi düz vermir. Deməli iradın daha üst səviyyədə bildirilməsi mexanizmi işə düşdü və Rusiyaya da nota verildi. Lazim anda, lazimi tədbir görülür məsələsi tam yerinə düşdü. Bu Azərbaycan siyasətinin ana xəttidir.


Yaxın tarixə baxaq, yadıma bir məsələ düşdü, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin bir çıxışı vardı, ATƏT barədə... Həmin çıxışda vurğulanır ki, ATƏT-in üzvü olan ölkələr öz üzərlərinə götürdükləri vəzifələri əgər yerinə yetirə bilmirlərsə, bu ölkələrə və ölkələrin rəhbərlərinə şərəf gətirmir. 


Fikir verirsiniz, yaxın tarixlə müasir tarixin səsləşməsini, Azərbaycan siyasətinin təməlinin möhkəm zəncir kimi bir-birinə bağlılığını...


Baxın, müşahidə edin, indi də Rusiya sülhməramlılarının fəaliyyəti – azərbaycanlı nümayəndələrin Azərbaycan ərazilərinə buraxmamaları, Azərbaycan ərazilərində yaşayış məntəqəsi adlarını erməniləşdirməsi də sizə, sizin dövlətinizə şərəf gətirmir. İndi də Azərbaycan ona qarşı atılan addımlara iradını açıq bildirir. 
Azərbaycan tarixini şərəflə yazmaq mərhələsindədir, 30 ilə yaxın elə şərəf gətirməyən yanaşma ucbatından yaranan Qarabağ münaqişəsini şərəflə, qələbə ilə həll edib. Ona görə də notadan sonra lazımi addımlar atılacaq, ingilislər demiş, bunu da "note" edin.

Samir Cabbarov - Operativ Media. 
 

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

XƏBƏR LENTİ
  • 09:15

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:12

    Azərbaycan nefti cüzi ucuzlaşıb
  • 09:11

    Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
  • 09:09

    "Barselona"nın qapıçısı əməliyyat olundu
  • 09:08

    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
Menyu