http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Hikmət Rəhimov: "Yeni layihə üzərində artıq işləyirəm" - MÜSAHİBƏ

29 Fevral 2024 , 11:19
3136
Hikmət Rəhimov: "Yeni layihə üzərində artıq işləyirəm" -  MÜSAHİBƏ

Fevralın ilk günlərində təqdimatı baş tutan "Apatiya" filmi xeyli müzakirələrə səbəb oldu. Hikmət Rəhimovun rejissoru olduğu film həm tənqid edildi, həm də təqdir edildi. Azərbaycan izləyicisinin ekranda görməyə öyrəşmədiyi səhnələr, cəmiyyətin bugünkü vəziyyətini əks etdirən verilişlərin film boyunca kəsilməyən səsləri, problemli ailə münasibətlərinin fonunda uşaqların öz həyatlarından və hüquqlarından məhrum olması, var-dövlətin ailə dəyərlərindən üstün tutulması, insanın dözümünün bitdiyi məqamda içindən çıxan cani və bir sıra digər məsələlər filmdə öz əksini tapıb. 

H.Rəhimovun ikinci tammetrajlı filmi hadisələlərin yarımçıq kəsilməsi ilə izləyicilərin ağlında suallar yaranmasına səbəb oldu.

"Operativ Media" olaraq aktyor-rejissor Hikmət Rəhimov ilə müsahibəmizdə həmin suallara cavab tapmağa çalışdıq:

- Hikmət bəy, “Apatiya” filmində heç bir müsbət hadisənin olmaması nəzərdən qaçmadı. Bunun səbəbi nə idi?

- "Apatiya"da əsas işıq uşaq və onun divardakı rəsmləri idi.

- Filmin sonluğunda hadisələr yarım qaldı. Bu "Apatiya 2"nin çəkiləcəyindən xəbər verir?

- Ola bilər.

“Apatiya” Hikmət Rəhimovun "şah əsəri" hesab edilə bilər, yoxsa hələ bu ada layiq layihəniz gələcəkdə olacaq?

Mən "şah əsər"  haqqında düşünmürəm. Düşünürəm ki, işlər olsun və təcrübəm məni gördüyüm işlə birgə böyütsün.

- Filmin nümayişinədək çox çətinliklərlə qarşılaşdınız?

- Problemlər, çətinliklər hər zaman olur, amma səbrlə onları adlamaq lazımdır.

- Filmə olan geridönüşlər sizi qane edir? Gözləntilərinizi qarşılayır?  

- Tərif, tənqid, təhqir... Bunların hər üçü oldu və bu, gözlənilən idi. Əsas odur ki, film müzakirə olundu. Mənə də bu lazım idi.

- “Apatiya”dan sonra yaşanan məlum qətl hadisəsi, cinayətkarın eyni adlı və eyni üsuldan istifadə etməsi... Bunlar sizə necə təsir etdi?

- Baş verən hadisə filmin üzərinə gələn insanların qəzəbini haradasa bir az yüngülləşdirdi. Eyni ad, eyni alətlə qətl törətmək, həm həyatda, həm də filmdə, düzü, özüm də şokda idim. Biz realda olan hadisəni 4 gün öncə filmlə qabaqladıq və cəmiyyətə mesaj ötürə bildik.

- Kinonun başından sonunadək aparıcı Elgizin, Xoşqədəmin səsi kəsilmədi. Onların cəmiyyətimizə təsirini necə dəyərləndirirsiniz?

- Onların cəmiyyətə, cəmiyyətin də onlara qəribə simpatiyası var. Mən sadəcə bu simpatiyanı göstərdim, başa düşən düşdü artıq.

- Ümumiyyətlə, Azərbaycanın hazırki kino sahəsini necə qiymətləndirirsiniz? Hansı əskiklər var?

- Azərbəycan kinosunda hal-hazırda durğunluq var. Ümid edirik ki, düzələr. Ən ciddi məsələ isə maddi məsələdir.

- "Apatiya” filmini Fuad Poladova həsr etməniz nə ilə bağlıdır?

- Mən gördüyüm bütün işləri, əziz və dəyərli Fuad müəllimin əziz xatirəsinə həsr edəcəm. Bunu sadəcə ürəyim belə istəyir.

- Yeni proyektlərinizin ideyası hazırda var, yoxsa hələ ki bir müddət dincəlmək istəyirsiniz?

- Yeni bir lahiyə üzərində artıq işləyirəm. Tezliklə yəqin ki, bu barədə ictimaiyyətə açıqlama verərik.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu