http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Kofe asılılığı niyə yaranır? - MÜTƏXƏSSİS

04 Mart 2024 , 14:22
Kofe asılılığı niyə yaranır? - MÜTƏXƏSSİS

İnsanların bir çoxunda kofe asılılığı yaranıb. Ümumiyyətlə, son illər şəhərdə hər addımbaşı kofeşoplara rast gəlinməsi də insanların kofeyə üstünlük verməsinin bir növ bariz nümunəsidir. Bəs kofe asılılığından necə qurtulmaq olar? Kofenin orqanizmə müsbət və mənfi təsirləri nədir? 

Mövzu ilə bağlı qida mütəxəssisi Məhsəti Hüseynova "Operativ Media"ya bildirib ki, Azərbaycanda kofe qəbuletmə ənənəsi olmadığına görə genetik kodlarımız onu tam tanımır:

"Kofenin insan orqanizminə həm faydaları, həm də düzgün şəkildə istifadə olunmadıqda zərərləri ola bilər. Son zamanlarda reklamların və eyni zamanda kofeşopların dəb halı alması bəzən istəmədən də olsa, kofe meyilliliyini artırır. Kofenin tərkibindəki kafein səbəbindən insanlar qısa bir zamanda özlərini enerjili, gümrah hiss edə bilirlər və tərkibindəki antioksidant maddələrin olması da bioloji qocalmanın qarşısını alır ki, bu da çox önəmlidir. Həmçinin kofenin tərkibində olan polifenol, hansı ki şərabın da tərkibində var, insanların əhval-ruhiyyəsini, enerjisini artırır və yorğunluğun aradan qaldırılmasına kömək olur".

Mütəxəssisin sözlərinə görə, kofenin faydalı xüsusiyyətlərindən yararlanmaq üçün onu acqarına içmək tövsiyə olunmur:

"Yaxşı olar ki, yeməkdən 30-40 dəqiqə sonra kofe qəbul olunsun, yaxud səhər və günorta yeməyi arasındakı arada kofe içilə bilər. Eyni zamanda kofenin müsbət təsirlərini hiss edə bilmək üçün mütləq onu qatqısız və yaxud əlavə inqridentlər olmadan qəbul etmək lazımdır. Əlavə inqridentlər dedikdə, istər süd, şəkər, qaymaq, yaxud hər hansı dadlandırıcının olmaması nəzərdə tutulur. Kofenin tərkibindəki antioksidant maddə həm də xərçəng yaranmasının qarşısını almaqda böyük rol oynayır, mərkəzi sinir sisteminin funksiyasını yaxşılaşdırır, zehni qabiliyyəti artırır. Ancaq gün ərzində 200 milliqramı keçməmək şərti ilə qəbul etmək tövsiyə olunandır, çünki artıq qəbul olunduğu halda zərərləri olacaq:

M.Hüseynova deyib ki, bir istifadə zamanı kofenin miqdarı 100-150 milliqramı keçməməlidir:

"Bəzən kofeni həddindən böyük fincanlarda, müxtəlif qatqılarla qəbul edirlər ki, bu da həm həzm sisteminin pozulmasına, həm də artıq kalori qəbul olunmasına səbəb olur. Eyni zamanda acqarına içilən kofe bir çox hallarda mədədə turşuluğu artırdığı üçün qastrit, mədə xəstəlikləri yarana və ya orqanizmin kofeinə zəhərlənməsi halı baş verə bilər. Artıq miqdarda qəbul olunan qatqılarla dolu kofe birbaşa olaraq orqanizmin şəkər balansının pozulmasına gətirib çıxardır ki, bu da piylənməyə, şəkərli diabetə, həmçinin yuxu sisteminin tamamilə pozulmasına gətirib çıxardır. Kofe asılılığı olan insanlarda iştahsızlıq baş verir ki, bunun nəticəsində orqanizm zəifləyir, immun sistemi aşağı düşür. Məsləhət görülür ki, kofeni qəbul edərkən ağartılardan, xüsusilə kalsium tərkibli olan ağartı məhsullarından ən azı 2 saatdan tez istifadə olunmasın. Çünki əsasən südlü kofe içənlərin orqanizmində vitamin və mineralların azalması baş verir. Südlə kofe reaksiyaya girərək orqanizmin daxili orqanlarının, maddələr mübadiləsinin pozulması ilə nəticələnir".

Mütəxəssis qeyd edib ki, mütləq şəkildə qəbul olunan kofe miqdarının iki dəfəsi qədər su qəbul olunmalıdır. Bu kofeinin orqanizmdə yarada biləcəyi zərərləri aradan qaldırmaqda kömək olur.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

Birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib

Birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib

XƏBƏR LENTİ
  • 06:01

    Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var - YENİLƏNİB
  • 05:55

    Fransa təhlükəsizlik qüvvələrinin əməkdaşları Yeni Kaledoniyada daha bir nəfəri öldürüb
  • 05:31

    Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
Menyu