http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Çin ABŞ-nin "TikTok" qadağası ilə bağlı cavab tədbirləri görəcək

14 Mart 2024 , 13:57
Çin ABŞ-nin "TikTok" qadağası ilə bağlı cavab tədbirləri görəcək

Çin hakimiyyəti ABŞ-nin "TikTok" sosial şəbəkəsini qadağan etmək niyyəti ilə əlaqədar lazımi cavab tədbirləri görəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadonq brifinqdə bildirib.

"Biz ABŞ Konqresində baş verənləri nəzərə almışıq. Çin öz qanuni hüquq və maraqlarını etibarlı şəkildə qorumaq üçün bütün lazımi tədbirləri görəcək", - deyə o vurğulayıb.

He Yadonq qeyd edib ki, Vaşinqton xarici şirkətlərə əsassız təzyiqləri dayandırmalı və ABŞ-də investisiya yatıran və bizneslə məşğul olan bütün ölkələrin şirkətləri üçün açıq, ədalətli və ayrı-seçkilikdən uzaq mühiti təmin etməlidir.

Xatırladaq ki, martın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatası "TikTok"a mümkün qadağanı dəstəkləyib. Qanunvericilər "ByteDance" şirkətinə bu sosial şəbəkəni satmaq üçün altı ay vaxt verməyi təklif edirlər. Daha sonra təşəbbüs baxılmaq üçün Senata göndəriləcək. ABŞ prezidenti Co Bayden isə  müvafiq qanun layihəsini imzalamağa hazır olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR
Mobil telefonlar hansı hallarda partlaya bilər?

Mobil telefonlar hansı hallarda partlaya bilər?

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Allahverən İsmayılov: Hakerlər daha çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

Allahverən İsmayılov: Hakerlər daha çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

XƏBƏR LENTİ
  • 08:31

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:04

    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Menyu