http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Baş prokuror Tacikistana işgüzar səfərə gedib - FOTO

16 Dekabr 2022 , 14:24
Baş prokuror Tacikistana işgüzar səfərə gedib - FOTO

Azərbaycan və Tacikistan prokurorluqları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmonun dəvəti ilə Düşənbə şəhərində işgüzar səfərdədir. 

Bu barədə "Operativ Media"ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Baş Prokurorluqda keçirilmiş görüş zamanı nümayəndə heyətini salamlayan Baş prokuror Yusuf Raxmon bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək, tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrinin etibarlı əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq prinsipinə əsaslandığını vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıldı, həm ikitərəfli, həm də çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışıldı. Tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edildi.
Görüş zamanı 2023-2024-cü illər ərzində prokurorluqlar arasında Əməkdaşlıq Proqramı imzalandı.

Səfər çərçivəsində Tacikistanın Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Maliyyə Nəzarəti Agentliyinin direktoru Süleymon Sultonzode ilə ikitərəfli görüş keçirilib. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin korrupsiya ilə mübarizə sahəsində qəti siyasi iradəsi nəticəsində aparılmış islahatların əhəmiyyətini vurğulayaraq, ölkəmizdə bu sahədə görülmüş tədbrilər barədə geniş məlumat verib. Həmçinin, qurumlararası əməkdaşlığın genişlənməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə korrupsiyaya qarşı mübarizə sahəsində Əməkdaşlıq haqqında Razılaşma imzalandı.

Görüşlərdə ölkəmizin Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov iştirak edib.

Kamran Əliyev həmçinin Tacikistanda işgüzar səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müaciblə görüşüb, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti Düşənbənin Dusti meydanındakı Tacikistanın milli həmrəyliyi və dirçəlişi xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edərək önünə əklil qoyub. Baş prokuror ölkəmizin Düşənbədəki səfirliyinə gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib.

OXŞAR XƏBƏRLƏR
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib

COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib

COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib

Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

XƏBƏR LENTİ
  • 17:23

    AQTA 23 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlayıb
  • 17:08

    "Göytəpə Avtotəmir" Açıq Səhmdar Cəmiyyətinə cərimə yazılıb
  • 17:03

    Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib
  • 17:01

    COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib
  • 16:55

    Bakı-Ələt-Qazax-Gürcüstan yolunda nəqliyyatın hərəkəti 2 ay məhdudlaşdırılacaq
  • 16:51

    Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb
  • 16:49

    Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında görüş olub
  • 16:44

    ADY Bakı-Sumqayıt marşrutu üzrə yeni tarifləri açıqlayıb
Menyu