http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Tik-Tok"un ölkədə bağlanması reklam və satış sahəsinə necə təsir göstərər?

28 Mart 2024 , 10:20
"Tik-Tok"un ölkədə bağlanması reklam və satış sahəsinə necə təsir göstərər?

"Tik-Tok" sosial şəbəsinə qarşı bir sıra təşkilatların yürütdüyü siyasət Azərbaycanda da birmənalı qarşılanmır. Cəmiyyətin bütün təbəqələrindən olan insanların toplaşdığı bu platforma ölkəmizdə daha çox milli-mənəvi dəyərlərimizə zidd olan paylaşımlarla bol olsa da, sosial media marketinqi üçün olduqca əlverişlidir. Çünki bir çox müəssisə bu proqramdan reklam və satış məqsədilə istifadə edir. Hərçənd qurunun oduna yaş da yanır, elə buna görə də "Tik-Tok"un aktiv izləyiciləri də daxil, platformanın ölkə ərazisində qadağan edilməsinin lehinədirlər. 

Bəs "Tik-Tok" Azərbaycanda bağlanılsa, sosial media marketinqinin inkişafına necə təsir göstərər?

Məsələ ilə əlaqədar rəqəmsal marketinq mütəxəssisi Həsən Fətəliyev "Operativ Media"ya açıqlamasında bildirib ki, olduqca çox istifadəçiyə sahib olan "Tik-Tok"un kontentlərlə bağlı sistemi fərqli işləyir:

""We are social" təşkilatının Azərbaycan üçün 2023 hesabatında ən diqqət çəkən məqam "Tik-Tok"da olan istifadəçi sayıdır. 2022-ci ildə "Tik-Tok" rəsmilərinin də bildirdiyi 3 milyon istifadəçi sayı, hesabata görə ötən il 6 milyondan çox olub. Yəni qısaca, internetə çıxışı olan 6,1 milyon istifadəçinin, demək olar ki, hamısının "Tik-Tok"a da çıxışı var. Əslində, bu məlumat özü də necə böyük bir platformadan danışdığımızı göstərir. Ölkəmizdə adətən, sosial şəbəkələr onları istifadə edən populyar insanlara görə xarakterizə olunur. Bu müəyyən qədər anlaşılan olsa da, əslində, qəlibləşmiş bir anlayışdır. Düzdür, təəssüf ki, "Tik-Tok" da bu gün keyfiyyətli kontentdən daha çox, canlı yayımlarda pul dilənənlər, bir-birinin sevgilisinə eşq elan edən məşhurlar gündəmi tutur. Əfsuslar olsun ki, istifadəçilərin çoxu bu cür bayağı kontentdən zövq alır. Bu isə artıq ölkəmizin sosial problemidir. Bu məzmunlardan zövq alan insanların cəmiyyət və öz çevrələri üçün nə qədər faydalı olmaqları mübahisəli mövzudur. Ancaq platformanın alqoritmik sistemi istənilən kontentin önə çıxması üçün yol açır. Yəni, "Meta"dan fərqli olaraq, "Tik-Tok" da sizin məzmun ilk olaraq sizi izləməyən insanların önünə çıxır". 

Mütəxəssisin sözlərinə görə, artıq çox önəmli şirkətlərdən, eləcə də kiçik və orta bizneslərdən əldə etdiyimiz məlumatlar platformanın önəmli bir satış gücünün olmasına əsas verir:

"Yəni, məhsullarınızı "Tik-Tok"da daha ucuz, amma daha böyük kütləyə təqdim edə bilərsiniz. Odur ki, "Tik-Tok" qadağan olunarsa, reklam və satış sahəsində ciddi mənfi nəticələr görünər. Bu platformada bayağı hesab olunan məzmun istehsalçıları isə digər platformalara köçəcək. Bir zamanlar ölkədə çatlar var idi. Hazırkı "Tik-Tok" kütləsinin ekvivalenti həmin o çat istifadəçiləri idi. Onların da əksəriyyəti bayağı idi, ancaq bir çox insana da müəyyən yaxşı vərdişləri aşılaya bilmişdi. Populyar olan istənilən məhfumun zərər vermə ehtimalı çox böyükdür".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu