http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Türkiyə və Azərbaycan birgə tarixi film çəkəcəklər

28 Mart 2024 , 17:12
Türkiyə və Azərbaycan birgə tarixi film çəkəcəklər

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) ilə Türkiyənin tanınmış film şirkətləri olan “Saka Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən "Operativ Media"ya bildirilib ki, memoranduma əsasən, yaxın vaxtlarda Azərbaycan və Türkiyə bazarlarına çıxacaq “Qızıl qatar” (Altın tren) adlı birgə filmin istehsalı nəzərdə tutulur.

Filmin istehsalı istiqamətində birgə fəaliyyətləri müəyyən edən üçtərəfli Anlaşma Memorandumunu Azərbaycan tərəfdən Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu imzalayıb.

Çəkilişlərinin Azərbaycanda aparılması planlaşdırılan filmin mövzusu XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın qarşılıqlı əlaqələrindən bəhs edir. Xilaskar Nuru Paşanın Azərbaycana köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü vaqonların göndərilməsi filmin əsas süjet xəttini təşkil edir.

Qeyd edək ki, Türkiyə şirkətləri tərəfindən ilk dəfə olaraq Azərbaycanın kino sənayesinə investisiya yatırılır. Filmin maliyyə tərəfi qardaş ölkənin istehsalçıları tərəfindən həyata keçiriləcək. Memorandumda TÜRKSOY-a üzv ölkələrdən dəstək alınması öz əksini tapıb.

OXŞAR XƏBƏRLƏR
Aktyor Bob Nyuhart vəfat edib

Aktyor Bob Nyuhart vəfat edib

Türkiyədə "Azərbaycan Sirləri" adlı kitab nəşr olunub

Türkiyədə "Azərbaycan Sirləri" adlı kitab nəşr olunub

Azərbaycanlı bəstəkarın əsəri Polşada birinci yerə layiq görülüb

Azərbaycanlı bəstəkarın əsəri Polşada birinci yerə layiq görülüb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu