http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda hansı dərmanlar vətəndaşa pulsuz verilir? - SİYAHI

02 Aprel 2024 , 09:33
Azərbaycanda hansı dərmanlar vətəndaşa pulsuz verilir? - SİYAHI

Mövcud qanunvericiliyə əsasən, bəzi xəstəliklərin daşıyıcısı olan vətəndaşlar üçün ödənişsiz dərmanlar verilir. Aidiyyatı üzrə qeydiyyata alınan vətəndaşlar normaya uyğun dərmanla təmin edilir.

Bəs hansı dərmanlar ödənişsizdir?

“Operativ Media” xəbər verir ki, istər müalicə, istərsə də pulsuz dərmanla təmin edilmə Nazirlər kabinetinin 40 saylı qərarına əsasən “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilətəmin olunması Qaydası” ilə tənzimlənir. Qaydalara əsasən pulsuz dərmanlar almaq istəyən vətəndaşlar xüsusi kateqoriyadan olmalıdır.

Pulsuz dərman preparatları əlilliyi olan şəxslərə, Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqlara və ya 18 yaşınadək yeniyetmələrə, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlara, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocalara, uşaqlara, əlillərə, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşlara verilir. 

Bundan əlavə müəyyən xəstəliklər var ki, onların müalicəsi üçün dövlət büdcəsindən pul ayrılır. Dövlət proqramına əsasən 10 xəstəlik üçün həm müalicə, həm də dərman təminatı üçün vətəndaşlardan ödəniş tələb olunmur.

"Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”, "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, "Yoluxucu xəstəliklərin immunoproflaktikasına dair Tədbirlər Proqramı”, "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”, "Şəkərli diabet üzrə Dövlət Proqramı”, "Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə”, "Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi qaydası" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları", "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” əsasında müayinə və müalicə ödənişsizdir. 

Qeyd edək ki, dərman preparatları ilə təmin olunma dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə həyata keçirilir. Vətəndaşlar 118 adda olan dərman preparatını ödənişsiz əldə edə bilər.

https://e-qanun.az/framework/48766

OXŞAR XƏBƏRLƏR
Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - YENİLƏNİB

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - YENİLƏNİB

Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı müşavirə keçirilib

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı müşavirə keçirilib

XƏBƏR LENTİ
  • 09:42

    Əli Əsədov İrana səfər edəcək
    Əli Əsədov İrana səfər edəcək
  • 09:33

    Rusiya Fransaya xəbərdarlıq edib
  • 09:31

    Rəisinin helikopterinin qəzaya uğramasının yeni təfərrüatları açıqlanıb
  • 09:26

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:16

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:05

    Vyetnamın yeni prezidenti bəlli oldu
  • 09:02

    Şahbaz Şərif İrana səfər edəcək
  • 09:00

    Turan Manafov Slovakiya klubuna keçir? - AÇIQLAMA
Menyu