http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Fariz Rzayev BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosi ilə görüşüb

17 Dekabr 2022 , 14:52
Fariz Rzayev BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu Yorka səfəri çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosi ilə görüşüb.

 

XİN-dən "Operativ Media"ya verilən xəbərə görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir müavini BA Prezidentinə bölgədə son vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. O, Ermənistanın təxribatlarına baxmayaraq, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə Azərbaycanın səylərini davam etdirəcəyini bildirib.

 

BMT Baş Assambleyasının Prezidenti Ksaba Korosi Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib. Ksaba Korosi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. O, Azərbaycanın COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib.

 

Tərəflər, həmçinin BMT gündəliyində duran qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib

COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib

COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib

Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

XƏBƏR LENTİ
  • 17:23

    AQTA 23 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlayıb
  • 17:08

    "Göytəpə Avtotəmir" Açıq Səhmdar Cəmiyyətinə cərimə yazılıb
  • 17:03

    Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib
  • 17:01

    COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib
  • 16:55

    Bakı-Ələt-Qazax-Gürcüstan yolunda nəqliyyatın hərəkəti 2 ay məhdudlaşdırılacaq
  • 16:51

    Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb
  • 16:49

    Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında görüş olub
  • 16:44

    ADY Bakı-Sumqayıt marşrutu üzrə yeni tarifləri açıqlayıb
Menyu