http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Hesablama Palatası: Azərbaycanda məhkəmələr vergi orqanlarının tələblərini pozur

09 Aprel 2024 , 13:37
Hesablama Palatası: Azərbaycanda məhkəmələr vergi orqanlarının tələblərini pozur

Azərbaycanda 100-dən çox sayda məhkəmə orqanlarının mövcud olmasına baxmayaraq yalnız bir neçəsi vergi orqanlarında qeydiyyatdadır ki, belə vəziyyət qanunvericiliyə əsasən digər hesabatlılıq (əmək qanunvericiliyi üzrə, sosial ayırmalar və vergi qanunvericiliyi üzrə və s.) öhdəlikləri ilə yanaşı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu (4.7-ci maddəsi) ilə müəyyən edilən hesabatlılıq öhdəlikləri ilə də (məhkəmə orqanlarının dövlət rüsumu tutulan əməliyyatları həyata keçirən qurum olduğu nəzərə alınmaqla) uyğunsuzluqların yaranmasını şərtləndirir.

Bu barədə "Operativ Media" Hesablama Palatasına istinadən xəbər verir.

Qeyd edilib ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının hər bir məhkəməsi müstəqil hüquqi şəxsdir və onun Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürü vardır”.

Vergi Məcəlləsinin 33-cü maddəsi ilə isə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə hüquqi şəxslərin olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan) yer üzrə vergi orqanlarında uçota alınmasına dair tələblər müəyyən olunub.

Təhlillə əldə olunmuş məlumatlar 2022-ci ildə vergi orqanlarında qeydiyyata alınmış (yəni, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi olan) məhkəmələrin sayının 2021-ci illə müqayisədə 1 (bir) vahid azalaraq 13 (on üç) məhkəmə orqanından (Naxçıvan Muxtar Respublikası üzrə qeydiyyata alınmışlar nəzərə alınmadan) ibarət olduğunu göstərib. Dövlət qeydiyyat nömrəsi olan 13 (on üç) məhkəmə orqanından yalnız 6-ı (altısı) tərəfindən dövlət rüsumunun tutulması haqqında hesabatların təqdim edildiyi aşkar olunmuşdur ki, bu da dövlət rüsumlarının hesablanması və ödənilməsi prosesinin ünvanlı (fərdi) şəxsi vərəqə prinsipilə uçotunun təşkilini mümkünsüz edib.

OXŞAR XƏBƏRLƏR
QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb

Bakıdakı səfirlikdə İran Prezidentinin xatirəsi yad edilir

Bakıdakı səfirlikdə İran Prezidentinin xatirəsi yad edilir

NATO Rəisinin vəfatı ilə bağlı İran xalqına başsağlığı verib

NATO Rəisinin vəfatı ilə bağlı İran xalqına başsağlığı verib

XƏBƏR LENTİ
  • 07:52

    Cəmil Həsənlinin nəvəsinə dəyəri yüz minlərlərlə olan avtomobili kim bağışlayıb? - İDDİA
  • 07:20

    Mbapee vida tədbiri təşkil etdi
  • 06:41

    Blinken: "ABŞ qoşunları sentyabrın 15-dək Nigeri tərk edəcək"
  • 05:58

    Prezident helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlanıb
  • Dünən
    23:33

    İtalyan baş məşqçi karyerasını bitirdi
  • Dünən
    23:24

    MAQATE rəhbəri mayın 28-də Kalininqrada səfər edəcək
  • Dünən
    23:19

    "Çelsi" baş məşqçini göndərdi
  • Dünən
    23:03

    Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - YENİLƏNİB
    Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - YENİLƏNİB
Menyu