http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Mikayıl Cabbarov Səudiyyənin İnvestisiya naziri ilə görüşüb

19 Dekabr 2022 , 18:23
Mikayıl Cabbarov Səudiyyənin İnvestisiya naziri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdül-Əziz Əl-Falih ilə görüşüb.

“Operativ Media" xəbər verir ki, iqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyini vurğulayıb. Nazir iqtisadiyyatın prioritet sahələrinə, o cümlədən sənaye, enerji və kənd təsərrüfatı sahələrinə investisiya qoyuluşu, Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirakı imkanlarını qeyd edib.

 

Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdül-Əziz Əl-Falih ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin, aparılan müzakirələrin iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, yeni birgə layihələrin icrası perspektivlərindən danışıb.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişafı, investisiya sahəsində yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin İqtisadiyyat Nazirliyi və Səudiyyə İnkişaf Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Abdulrahman Al-Marshad imzalayıblar. Memorandumda Səudiyyə İnkişaf Fondu tərəfindən ölkəmiz üçün prioritet olan sahələr üzrə inkişaf layihələrinin maliyyələşdirilməsi üzrə əməkdaşlıq məsələləri öz əksini tapıb.

Görüşdən sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdül-Əziz Əl-Falih sahibkarlarla görüşüb, biznes dialoqun genişləndirilməsini müzakirə edib, təklifləri dinləyiblər.

OXŞAR XƏBƏRLƏR
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu