http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azərbaycan və Qırğızıstan gömrük sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

19 Aprel 2024 , 16:45
Azərbaycan və Qırğızıstan gömrük sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

Bişkekdə keçirilən Xəzər İnvestisiya Forumu çərçivəsində Azərbaycan və Qırğızıstan gömrük xidmətləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

"Operativ Media" Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, forumda çıxış edən Qırğızıstan Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov Qırğızıstan-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı baxımından tədbirin əhəmiyyətini qeyd edib.

Onun sözlərinə görə, tranzit potensialını inkişaf etdirmək və işgüzar əlaqələrin qurulması üçün lazımi səylər göstərmək gərəkdir. Bildirilib ki, Qırğızıstan Çin və Azərbaycan arasında birləşdirici halqa ola bilər ki, onun vasitəsilə Türkiyə və Avropa ölkələrinə yol açılır.

“Biz gömrük proseslərini sadələşdirməli və bununla da beynəlxalq ticarətin inkişafına töhfə verməliyik”, - deyə S.İsabekov əlavə edib.

O, hər iki ölkənin işgüzar dairələrini ticarət əlaqələrini inkişaf etdirməyə çağırıb və hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirib.

OXŞAR XƏBƏRLƏR
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu