http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Samir Şərifov: Orta Dəhliz regionun tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək

20 Aprel 2024 , 21:49
Samir Şərifov: Orta Dəhliz regionun tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək

Azərbaycan Orta Dəhlizin reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) Qrupunun Yaz Toplantısı çərçivəsində təşkil olunmuş “Orta Dəhlizin ticarət və logistika potensialının reallaşdırılması” mövzusunda tədbirdə deyib.

S.Şərifov Azərbaycanın Orta Dəhlizin mühüm tərəfdaşlarından biri olduğunu vurğulayaraq son illərdə ölkədə yol-nəqliyyat infrastrukturunun inkişafı, ticarət və logistika potensialının genişləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.

Nazir bildirib ki, Dünya Bankının təqdimatında da qeyd olunduğu kimi, Azərbaycan Orta Dəhlizin reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib. O, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücünün artırılması, eləcə də ölkədə nəqliyyat və logistika infrastrukturunun yaxşılaşdırılması ilə bağlı görülən digər işləri qeyd edib. Nazir Zəngəzur dəhlizinin də Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu və region ölkələrinin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcəyini bildirib. Sonda Samir Şərifov Azərbaycanın Orta Dəhlizin fəal və vacib tərəfdaşı olmağa davam edəcəyini qeyd edib.

Qeyd edək ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti xanım Antonella Bassaninin sədrliyi ilə keçən görüşdə Dünya Bankının, Avropa Komissiyasının və ABŞ Dövlət Departamentinin nümayəndələri ilə yanaşı, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin, eləcə də Türkiyənin hökumət nümayəndələri iştirak edib.

Tədbirdə Dünya Bankı tərəfindən aparılmış təhlilə əsasən Orta Dəhlizin reallaşdırılmasının mümkün olduğu bildirilib və onun əsasən Çin və Mərkəzi Asiya ölkələri üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Daha sonra dəhlizin nəqliyyat-tranzit potensialının artırılması üçün qarşıda duran çağırışlar və onların həlli ilə bağlı Dünya Bankının təklifləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyənin nəqliyyat və infrastruktur naziri, Qazaxıstan Mərkəzi Bankının sədri, Gürcüstan və Ermənistanın maliyyə nazirləri çıxış edərək Orta Dəhlizin imkanlarından və əhəmiyyətindən danışıblar.

Bununla yanaşı, maliyyə naziri Samir Şərifov Azərbaycan nümayəndə heyətinin BVF-nin sərəncamçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşündə iştirak edib, həmçinin Asiya İnfrastruktur İnvestisiya Bankının Prezidenti Cin Liqun, İqlim İnvestisiya Fondunun baş icraçı direktoru xanım Tariye Gbadagesin, Avrasiya İnkişaf Bankının idarə heyətinin sədri cənab Nikolay Podquzov və İsveçrənin Beynəlxalq Maliyyə üzrə Dövlət Katibi xanım Daniella Stoffel, Standard ənd Purs və Mudiz beynəlxalq kredit reytinq agentlikləri ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

OXŞAR XƏBƏRLƏR
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu