http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Vaşinqtonda COP29-un Rəyasət Heyətinin ev sahibliyi ilə yüksək səviyyəli görüş keçirilib

20 Aprel 2024 , 22:36
Vaşinqtonda COP29-un Rəyasət Heyətinin ev sahibliyi ilə yüksək səviyyəli görüş keçirilib

ABŞ-nin Vaşinqton şəhərində COP29 Rəyasət Heyətinin ev sahibliyi, Beynəlxalq Maliyyə Fondu və Dünya Bankının birgə təşkilatçılığı ilə COP29 Prezidentliyi tərəfindən "İqlim maliyyəsi üçün qlobal fəaliyyətin təmin edilməsi üzrə dialoq" mövzusunda tədbir keçirilib.

"Operativ Media" xəbər verir ki, görüşdə qlobal maliyyə institutları, özəl sektor liderləri, Dünya Bankının tərəfdaşları, Rokfeller Fondu, Afrika Maliyyə Korporasiyası, Afrika İnkişaf Bankı, Asiya İnkişaf Bankı, COP28 və COP30 prezidentliyinin nümayəndələri olmaqla, yüzdən çox yüksək səviyyəli iştirakçı iştirak edib.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev çıxışında bildirib ki, iqlimlə bağlı bütün səylərin dəstəklənməsində maliyyə mühüm rol oynayır və Azərbaycan iqlim maliyyəsini daha geniş miqyasda əlçatan etmək üçün bu qurumlarla iş birliyini daha da sürətləndirməyi hədəfləyir.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell, Barbadosun Baş naziri Mia Mottli tədbirdə xüsusi qonaq qismində çıxış edib. "Bezos Earth" Fondunun Davamlı Maliyyə, Sənaye və Diplomatiya üzrə direktoru Pol Bodnar çıxışında xeyriyyəçiliyin iqlim maliyyəsi sahəsində irəliləyişdə oynadığı vacib rolu qeyd edib.

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iqlim üzrə maliyyənin hazırkı miqyasının kifayət etmədiyini söyləyib. "1,5 ºC-yə gedən yol Bakıdan keçir. Bu, asan həll yolu deyil. Biz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, qlobal Cənub və qlobal Şimal arasında, ada və qitə ölkələri arasında inam yaratmalıyıq. COP29-da hər kəsin səsinin eşidildiyi mühitin yaradılmasını təmin etməyəkdə qərarlıyıq".

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu