http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Fidan: İraqla 20-dən çox müqavilənin imzalanması üçün ilkin razılaşmalar tamamlanıb - YENİLƏNİB

21 Aprel 2024 , 17:31
Fidan: İraqla 20-dən çox müqavilənin imzalanması üçün ilkin razılaşmalar tamamlanıb - YENİLƏNİB

"Prezidentimizin İraqa səfəri zamanı 20-dən çox müqavilənin imzalanması üçün ilkin razılaşmalar tamamlanıb".

"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin arici işlər naziri Hakan Fidan bildirib.

"İş uzun müddətdir ki, davam edir. Təhlükəsizlik, enerji, kənd təsərrüfatı, su, səhiyyə, təhsil və digər sahələrdə çoxlu araşdırmalar aparılır.

Prezidentimizin İraqa səfəri zamanı 20-dən çox sazişin imzalanması üçün ilkin razılaşmalar tamamlandı. İnşallah sabah onlar orada olanda siyasi liderlərin iştirakı ilə bu müqavilələr imzalanacaq.

Səfər iki istiqamətli olacaq. Bağdad və Ərbil səfərləri var. Bağdadda prezidentimiz hökumət başçısı ilə görüşəcək, işgüzar görüş keçirəcək, sonra sazişlər imzalanacaq. O, İraq prezidenti ilə də görüşəcək", - Fidan əlavə edib.

***

11:54

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa gözlənilən səfəri zamanı 30-a yaxın hökumətlərarası sazişin imzalanması planlaşdırılır. 

"Operativ Media" Hürriyyət-ə istinadən xəbər verir ki, ən mühüm razılaşmalar Şimali İraqın PKK terrorçularından təmizlənməsi üçün birgə səylərə aid olacaq.

Nəşrin məlumatına görə, İraq Kürdüstanında Bağdad və Ərbildə keçirilən danışıqlarda həmçinin terrorizmlə mübarizə üçün formalaşdırılacaq birgə əməliyyat mərkəzinin strukturu və fəaliyyəti, Şimali İraqda 30-40 kilometr dərinlikdə daimi türk bazalarının yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.

Türkiyədə Ərdoğanın İraqa səfəri cənub sərhədlərində terror problemini həll etmək üçün əvvəlcədən elan edilmiş planlar kontekstində böyük diqqət çəkir. Yerli mətbuatın yazdığına görə, Ərdoğanın İraqa səfərindən sonra Türkiyə ordusu qonşu ölkənin şimalında böyük sərhəd əməliyyatı keçirə bilər. O, daha əvvəl bəyan etmişdi ki, yaya qədər Türkiyə İraqla bütün sərhəd xəttinə nəzarəti ələ keçirəcək. 

OXŞAR XƏBƏRLƏR
İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir

İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir

Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb

Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb

Ermənistanda polisə atəş açılıb

Ermənistanda polisə atəş açılıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu