http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Google" daha 20-yə yaxın əməkdaşını işdən çıxarıb

23 Aprel 2024 , 09:58
"Google" daha 20-yə yaxın əməkdaşını işdən çıxarıb

"Google" daha 20-yə yaxın əməkdaşını şirkətin bulud texnologiyaları sahəsində İsrail hökuməti ilə əməkdaşlığına qarşı etiraz aksiyalarında iştirak etməkdə ittiham edərək işdən çıxarıb.

"Operativ Media" xəbər verir ki, işdən çıxarılmalar baş direktor Sundar Piçayın işçilərə şirkətin dağıdıcı və ya siyasi debatlar üçün “şəxsi platforma” kimi istifadəsini pisləyən məktubunu göndərməsindən bir neçə gün sonraya təsadüf edir.

Fəalların sözlərinə görə, bu həftə işdən çıxarılanların ümumi sayı 50 nəfəri keçib.

"Google" və "Amazon"un 2021-ci ildən İsrail hökuməti ilə bağladığı müqavilələrə etiraz edənlərdən biri deyib ki, şirkət müxalifəti yatırmağa, işçilərini susdurmağa və onlar üzərində hakimiyyəti bərpa etməyə çalışır.

"Google" isə iddia edir ki, işdən çıxarılan hər bir işçi onun ofislərində fasilələrə səbəb olub.

Etirazçılar bu iddiaları rədd edir və israr edirlər ki, işdən çıxarılanlardan bəziləri razılaşdırılmış etirazlar günü şirkətin ofislərində belə olmayıblar.

Piçay işçilərə ünvanladığı mesajda bildirib ki, bu, siyasətlə deyil, əmək məsələləri ilə bağlı verilmiş qərardır.

OXŞAR XƏBƏRLƏR
Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır

Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır

Bayden Ağ Evdə Zelenskini qəbul edəcək

Bayden Ağ Evdə Zelenskini qəbul edəcək

Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib

Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu