http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Yuri Matias: "Fürsət düşsə Rumıniyaya qayıdardım"

23 Aprel 2024 , 14:56
Yuri Matias: "Fürsət düşsə Rumıniyaya qayıdardım"

Neftçi"nin futbolçusu Yuri Matias sabiq klubu "ÇFR Kluj"un (Rumıniya) onunla maraqlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

"Operativ Media" xəbər verir ki, braziliyalı müdafiəçi Rumıniyanın "Prosport" nəşrinə açıqlamasında deyib ki, fürsət düşsə, həmin ölkəyə qayıdar:

"Son xəbərləri oxuyuram, amma “ÇFR Kluj”a qayıtmağımla bağlı heç nə bilmirəm. Lakin futbolda hər şey mümkündür. Bilirəm ki, məni “ÇFR Kluj” və ümumilikdə Rumıniyada dəyərləndirirlər. Odur ki, fürsət düşsə, əlbəttə ki, ora qayıdardım. Təəssüf ki, göründüyü kimi, hazırda komandanın durumu yaxşı deyil. Ümid edirəm ki, "ÇFR Kluj" yenidən güclü olacaq. Superliqada hər oyunu izləyirəm, Rumıniya çempionatından xəbərdaram. Bildiyiniz kimi, mən də rumın dilini öyrənmişəm, Orada çoxlu dostlarım var".

Matias "Neftçi" barədə də danışıb: “Neftçi”yə gəlincə, özümü burada yaxşı hiss edirəm. Demək olar ki, hər matçda oynayıram. Bu mövsüm artıq “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq şansımız yoxdur, ona görə də ikinci yeri hədəfləyirik. Bunun üçün də çalışırıq”.

Qeyd edək ki, Yusi Matias "Neftçi"yə ötən yay məhz "ÇFR Kluj"dan keçib. Onun paytaxt klubu ilə müqaviləsi isə 2025-ci ilin iyun ayına qədərdir

OXŞAR XƏBƏRLƏR
Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində gerilədi

"Fənərbaxça"nın sabiq futbolçusu silahlı hücuma məruz qaldı

"Fənərbaxça"nın sabiq futbolçusu silahlı hücuma məruz qaldı

"Qarabağ" - "Malmö" matçının biletləri satışa çıxarılır

"Qarabağ" - "Malmö" matçının biletləri satışa çıxarılır

XƏBƏR LENTİ
  • 11:14

    Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub
  • 11:10

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib
  • 11:08

    Azərbaycan UEFA reytinqində gerilədi
  • 11:06

    Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib
  • 10:48

    Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH
    Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH
  • 10:34

    İranda 193 nəfərdə Denge virusu aşkarlanıb
  • 10:22

    Mher Qriqoryan: Ermənistan-Rusiya münasibətlərində problemlər var
  • 10:17

    Qaraçuxur qəsəbəsində evdən 17 700 manat pul oğurlanıb
Menyu