http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Juninyo: "Məşqçimiz bizim rahatlaşmağımıza imkan vermir"

25 Aprel 2024 , 13:36
Juninyo: "Məşqçimiz bizim rahatlaşmağımıza imkan vermir"

"Qarabağ"ın futbolçusu Olavio Juninyo Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Neftçi" ilə cavab görüşündən sonra jurnalistlərə açıqlama verib.

"Operativ Media" xəbər verir ki, 27 yaşlı hücumçu əvvəlcə komandasının finala adlaması haqqında danışıb:

"Təbii ki, qeydə alınan nəticəyə və finalda olduğumuza görə xoşbəxtik. Titulu qazanmağa cəmi 1 oyun qalıb".

O, finaldakı rəqiblərinin "Zirə" olmasına da toxunub: "Bu, final oyunudur və bir matçdan ibarətdir. Kim daha hazırlıqlı olacaqsa, o da qələbə qazanacaq".

O, "Neftçi"yə ilk görüşdə 4:0 hesabı ilə qalib gəlməklərinə baxmayaraq, cavab matçında da istəkli oynayaraq 4:1 hesablı qələbə qazanmaqlarının səbəbini də açıqlayıb: "Məşqçimiz bizim rahatlaşmağımıza imkan vermir. Hər oyuna qələbə üçün köklənirik".

Braziliyalı futbolçu "Qarabağ"da qalıb-qalmayacağı haqda suala belə cavab verib: "Hələ "Qarabağ"la 2 illik müqaviləm var. Amma bu, futboldur. Futbolda hər şey olur. Gələcəklə bağlı nəsə demək asan deyil. Mən buna köklənmişəm ki, hələ klubla 2 illik müqaviləm var".

O, sonda adının tez-tez Fransa klubları ilə hallanması haqqında danışıb: "Sözün düzü, mənim heç nədən xəbərim yoxdur. Bu məsələlərlə menecerim məşğul olur. Dediyim kimi, "Qarabağ"la 2 illik müqaviləm var. Azərbaycanda, "Qarabağ"da xoşbəxtəm. Yalnız buna köklənmişəm. Başqa nəsə deyə bilmərəm". (Fanat.az)

OXŞAR XƏBƏRLƏR
AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu

AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu

"Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi

"Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi

"Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu

"Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu

XƏBƏR LENTİ
  • 01:42

    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
  • 01:31

    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
  • 00:00

    Azərbaycanda Anım Günüdür
    Azərbaycanda Anım Günüdür
  • Dünən
    23:30

    Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək
  • Dünən
    23:14

    Netanyahu: İsrail hədəflərinə çatana qədər Hizbullaha güclü hücum edəcək
  • Dünən
    22:46

    "Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi
  • Dünən
    22:29

    Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir
  • Dünən
    22:27

    "Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu
Menyu