http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Ötən il Aİ-yə üzv olan 13 ölkə elektrik enerjisinin dörddə birini atom elektrik stansiyalarından alıb

21 Dekabr 2022 , 15:39
Ötən il Aİ-yə üzv olan 13 ölkə elektrik enerjisinin dörddə birini atom elektrik stansiyalarından alıb

Aİ-yə üzv olan 13 ölkə keçən il elektrik enerjisi istehsalının 25 faizini atom elektrik stansiyaları vasitəsilə həyata keçiriblər.

"Operativ Media" xəbər verir ki, bu Avropa Statistika İdarəsinin 2021-ci ildə Aİ-yə üzv ölkələrin atom elektrik stansiyalarından elektrik enerjisi istehsalına dair məlumatları dərc etdiyi bəyanatda bildirilib.

Müvafiq olaraq, keçən il Aİ-yə üzv olan 13 ölkədəki atom elektrik stansiyalarında ümumilikdə 731 min 701 gigavat-saat elektrik enerjisi istehsal edilib. Sözügedən dövrdə elektrik enerjisi istehsalı əvvəlki ilə nisbətən 48 min 189 gigavatsaat (7 faiz) artıb.

Belə ki, 2021-ci ildə Aİ ölkələrinin ümumi elektrik enerjisi istehsalında atom elektrik stansiyalarının payı 25 faiz təşkil edib. Fransa Aİ ölkələri arasında atom elektrik stansiyalarından ən çox elektrik enerjisi istehsal edib. Aİ-nin nüvə elektrik stansiyalarından əldə etdiyi ümumi elektrik enerjisinin 52 faizi Fransadan gəlir.

Fransa atom elektrik stansiyalarından 379 min 361 gigavat saat, Almaniya 69 min 130 gigavatsaat, İspaniya 56 min 564 gigavatsaat, İsveç 52 min 965 gigavatsaat və Belçika 50 min 326 gigavatsaat elektrik enerjisi əldə edib. Bu müddət ərzində Aİ-yə üzv olan 13 ölkədə ümumilikdə 106 nüvə reaktoru fəaliyyət göstərib.

Fransa ümumi elektrik enerjisinin 69 faizini, Slovakiya 52 faizini, Belçika 51 faizini, Rumıniya 19 faizini və Almaniya 12 faizini nüvə reaktorlarından təmin edib.

Digər tərəfdən, Danimarka, Estoniya, İrlandiya, Yunanıstan, Xorvatiya, İtaliya, Cənubi Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Avstriya, Polşa və Portuqaliyada elektrik enerjisi nüvədən istehsal olunmur.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 23:50

    ABŞ-də atışma olub
  • 23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • 23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • 22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • 21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu