http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Fikrət Əliyev: Avropa kimin nə vaxtdan blokadada olmağına yaxşı baxmalıdır - ŞƏRH

22 Dekabr 2022 , 09:26
Fikrət Əliyev: Avropa kimin nə vaxtdan blokadada olmağına yaxşı baxmalıdır - ŞƏRH

Ötən gün Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Laçın yolundakı vəziyyətlə bağlı şikayətinə baxıb. Məhkəmə o qənaətə gəlib ki, Ermənistan tərəfi haqlıdır, Azərbaycan Laçın yolunu açmalıdır. 

Məsələ ilə bağlı YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyevin "Operativ Media"ya şərhini təqdim edirik:

"Avropanın bəzi təsirsiz təşkilatları yenə erməni lobbisinin güclü təsiri altında ölkəmizə qarşı qərəzli qərarlar qəbul etməyə başlayıb. Bunlardan biri də dünən Avropa İnsan Haqları Məhkəməsinin qərarıdır. AİHM Azərbaycanı dərhal Laçın yolunu açmağa çağırıb.

Deyəsən, Avropa Laçın yoluna yalnız erməni kanallarından baxır. Hərdən məsələyə obyektiv baxmaq üçün (istəyirlərsə) qarşı tərəfi də dinləmək, görmək lazımdır.

Azərbaycan XİN 11 gündür davam edən aksiya başlayan gündən bildirib ki, Laçın yolu mülki ermənilərə, eləcə də onlara qida, humanitar yardım, tibbi yardım aparan avtomobillərə açıqdır.

Biz bir neçə dəfə bu yoldan humanitar məqsədlə istifadə edən Rusiya sülhməramlılarının avtomobillərini görmüşük.

2 gün əvvəl isə Xankəndidən Ermənistana gedən tibbi yardım maşınına etirazçılar şərait yaratmışdılar.

Bəs Laçın yolunda nəyə icazə verilmir? Bunun da cavabı sadədir: Qanunsuz silahlı, terrorçu quruplaşmaya daşınan silahlara, ərazilərimizdən daşınan təbii sərvətlərə və bu kimi digər neqativ hallara.

Bu torpaqlar bizimdir, burada şərtləri biz qoyuruq. Bizim hər hansı çağırışlara, qətnamələrə görə gözləyəcək daha 30 ilimiz yoxdur. Biz istəklərimizə 44 gündə çatan xalqıq, dövlətik. Bunu hər kəs yaxın tarixdən yaxşı bilir. Avropa isə “blokada” və “humanitar böhran” sədalarını bir qədər aşağı salmalı, kimin nə vaxtdan blokadada olmağına yaxşı baxmalıdır.

Azərbaycanın əsas hissəsinin 30 ildir Naxçıvanla quru yolla əlaqəsi yoxdur. Bu yolu kim bağlayıb, kim verməlidir? əlbəttə, cavab Ermənistandır. Bunu Avropa da yaxşı bilir, Rusiya da, İran da, dünya da. Kim indiyə qədər buna görə çağırış edib?

Biz güclü və qalibik və belə ikiüzlülüklər çox görmüşük, hər birinin də öhdəsindən gəlməyi bacarırıq. Yeni qələbəmiz yaxındadır!".

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov maltalı həmkarı ilə görüşüb

Ceyhun Bayramov maltalı həmkarı ilə görüşüb

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB

Dövlət büdcəsinin layihəsi gələn il Prezidentə təqdim ediləcək

Dövlət büdcəsinin layihəsi gələn il Prezidentə təqdim ediləcək

XƏBƏR LENTİ
  • 21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
  • 20:57

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb
  • 20:53

    Ərdoğan: Dünya 5-dən böyükdür, daha ədalətli dünya mümkündür
  • 20:48

    Ceyhun Bayramov maltalı həmkarı ilə görüşüb
    Ceyhun Bayramov maltalı həmkarı ilə görüşüb
  • 20:45

    UEFA Çempionlar Liqasının 2027-ci il finalı üçün sürpriz qərar verdi
  • 20:23

    ADY sədri Rövşən Rüstəmov Berlində keçirilən “InnoTrans” beynəlxalq sərgisində iştirak edir
  • 20:11

    Sabunçu rayonunda qaz olmayacaq
  • 20:01

    "Kəpəz" yeni transferini açıqladı
Menyu