http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mədəni irsin qorumasında parlamentlərin üzərinə böyük vəzifə düşür - Baş katib

02 May 2024 , 11:37
Mədəni irsin qorumasında parlamentlərin üzərinə böyük vəzifə düşür - Baş katib

Bu gün mədəniyətlərimiz təhdidlərlə üzləşməkdədir. Müharibələr, təbii fəlakətlər və digər amillər mədəniyyətimizi təhdid edir.

"Operativ Media"nın məlumatına görə, bunu Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Sitara Ayaz Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, mədəni irsin qorumasında parlamentlərin üzərinə böyük vəzifə düşür.

“Lakin mədəni irs sadəcə qanunlarla qoruna bilməz. Bunun üçün maraqlı tərəflər, o cümlədən dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları, yeri icmalar öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Azərbaycanın əsrlər boyu zəngin mədəni irsi mövcud olub. Azərbaycan mədəni irisin qorunmasında mühüm işlər həyata keçirir. Eyni zamanda belə bir platforma yaratdığı üçün Azərbaycana təşşəkkür edirəm”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

OXŞAR XƏBƏRLƏR
“Eurovision 2025”in hansı şəhərdə keçiriləcəyi məlum olub

“Eurovision 2025”in hansı şəhərdə keçiriləcəyi məlum olub

Naftalanda tarixi abidə qalıqları aşkarlanıb

Naftalanda tarixi abidə qalıqları aşkarlanıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu