http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

06 May 2024 , 16:02
“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsinin AEM Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında TƏBİB-in 18-1-89/2-132/2024 nömrəli müraciəti əsasında aparılan ekspertizanın nəticəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilən “Dərman vasitələrinin geri çağırılması Qaydası”na (bundan sonra Qayda) uyğun olaraq müəyyən edilib:

"Keyfiyyətinin yoxlanılması məqsədilə Mərkəzə bir neçə şəhər və rayon xəstəxanalarından təqdim edilənn, İtaliyanın “İndustriya Farmasyutika Qalenika Senese SR” istehsalçısına məxsus, “Aminoselekt 500 ml inyeksiya üçün məhlul” və “Aminoselekt 250 ml inyeksiya üçün məhlul” nümunələri üzərində aparılan laborator tədqiqatlar nəticəsində nümunələri yoxlanılan mayelərin içərisində gözlə görünən tünd rəngli hissəciklərin mövcudluğu (istehsalçı tərəfindən təqdim edilən normativ sənədin tələbinə əsasən venadaxili inyeksiya üçün nəzərdə tutulan dərman vasitəsinin içərisində mexaniki qarışıqlar və ya kənar maddə hissəcikləri mövcud olmamalıdır) müəyyən edilib. Bu səbəbdən, sözügedən dərman vasitəsinin geri çağırılma dərəcəsi 1 (Dərman vasitəsinin şəxsin həyat və sağlamlığına təhlükə yaratdığı və yarada biləcəyi hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsi isə “A” səviyyəsində (son istifadəçiyə qədər) təyin edilib.

Yuxarıda qeyd olunanlara əsasən Qaydanın 4.1.3-ci yarımbəndini rəhbər tutaraq, İtaliyanın “İndustriya Farmasyutika Qalenika Senese SR” istehsalçısına məxsus, “Aminoselekt 500 ml inyeksiya üçün məhlul” adlı, seriyası: 2300311; 2300312 və “Aminoselekt 250 ml inyeksiya üçün məhlul” adlı, seriyası: 2301012, 2301013, 2300469, 2300470 olan dərman vasitəsinin geri çağırılması barədə qərar qəbul edilib".

OXŞAR XƏBƏRLƏR
Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq

Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq

İstanbulda meymunçiçəyinin əlamətləri olan əcnəbi karantinə alınıb

İstanbulda meymunçiçəyinin əlamətləri olan əcnəbi karantinə alınıb

"Meymunçiçəyi"nin Azərbaycanda yayılmasına qarşı tədbirlər müzakirə olunub

"Meymunçiçəyi"nin Azərbaycanda yayılmasına qarşı tədbirlər müzakirə olunub

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu